Telekanalların rəqəmli yayım dərdi - RƏSMİ AÇIQLAMA

Telekanalların rəqəmli yayım dərdi - RƏSMİ AÇIQLAMA

 

Milli Televiziya və Radio Şurası (MTRŞ) bəzi telekanalların rəqəmli yayıma keçidə hazır olmaması ilə bağlı iddialara münasibət bildirib.

 
Sfera.az-ın məlumatına görə, MTRŞ-nin Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov APA-ya bildirib ki, televiziya yayımçıları audio və video siqnalı formalaşdıraraq "Teleradio" İstehsalat Birliyinə ötürür, digər əməliyyatlar isə "Teleradio" İstehsalat Birliyində həyata keçirilir.

O qeyd edib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində bütün ümumölkə televiziya yayımçıları 2 paketdə yayımlanır: "İki ildən artıqdır ki, Azərbaycan əhalisinin 99 faizini əhatə etmək şərti ilə bütün ölkədə rəqəmli TV yayımı analoq TV yayımı ilə paralel aparılır. Ona görə burada hər hansı bir televiziya yayımçısının rəqəmli yayıma keçidə hazır olub-olmamağından söhbət gedə bilməz. "Teleradio" İstehsalat Birliyində ayrıca televiziya yayımçısı üçün yox, paketdə olan bütün televiziya yayımçılarından daxil olan siqnallar üçün MPEG-4 standartı üzrə analoq-rəqəm çevrilməsi yerinə yetirilir. Ona görə də ayrılıqda hansısa telekanalın rəqəmli yayıma keçidə hazır olub-olmamasından söhbət gedə bilməz".

Qeyd edək ki, bəzi telekanalların rəqəmli yayıma keçidə hazır olmadığı haqda məlumat yayımlanıb.

Xatırladaq ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box") istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box") satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.
 
 
Publika.az //
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...