Telefonunuza bu proqramları YAZMAYIN! - Diqqətli olaq

Telefonunuza bu proqramları YAZMAYIN! - Diqqətli olaq
Sosial şəbəkələrdə reklam olunan, yaxud "Play merket”-də qarşımıza çıxan hər hansı bir tədbiqi yükləyərkən ikinci dəfə fikirləşmək lazımdır. Çünki həmin proqramlarda virus ola bilər.

İKT Mərkəzinin direktoru Fərid Kazımov bununla bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, qlobal olaraq İOS sistemlər üçün hazırlanan proqramlar daha təhlükəsiz olur:

"Android cihazlar üçün hazırlanan proqramlarda viruslar ola bilir. Bu, onunla bağlıdır ki, İOS sistemə yazmaq üçün tədbiqlər daha güclü analizdən keçirilir. Onları bu sistemə yazmaq olduqca çətindir. Amma Android marketlərə tədbiqləri yazmaq daha rahatdır. Virusu olan tədbiqlər Androidin analizini tez keçə bilir. Bu məsələni nəzərə almaq lazımdır.

Məsləhət görürəm ki, hər hansı bir tədbiqi telefona yazan zaman onun istehsakçısına nəzər yetirmək lazımdır. Məsələn, "Google” kimi böyük bir şirkətin hazırladığı proqramda virus ola bilməz. Çünki bu, şirkətin imicinə hazırlanmış təhlükəsiz bir proqramdır. Yaxud, 100 mindən çox yazılan tədbiqlər var. Onları da təhlükəsizlik baxımından yükləmək problemsizdir. Çünki 100 minlərlə insan artıq bundan istifadə edib və problem yoxdur. Həmçinin, tədbiqləri yazarkən aşağıda yazılan şərhlərə, proqramın reytinqinə cədvəlinə baxaraq hansı proqramın yazılıb-yazılmayacağını bilmək olar. Nəzərə alın ki, az yüklənən tədbiqlərə önəm vermək lazım deyil. Çünki bunlar çox vaxt keyfiyyətsiz olur.

Qeyd edim ki, Android sistemlərə proqram yazan zaman çalışın ki, "Google”nin marketlərindən yazasınız. Yaxud, telefonun özünün marketi varsa, oradan yaza bilərsiniz. Sırf məlum marketlərdən proqramları yükləyin. Qarşınıza çıxan hər hansı bir tətbiqi yükləməyin”.

OXŞAR XƏBƏRLƏR