Tələbənin intiharı ilə bağlı universitetdən AÇIQLAMA

Tələbənin intiharı ilə bağlı universitetdən AÇIQLAMA
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb.

Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Bəhruz Nəzərov modern.az saytına açıqlamasında Ramiz Şahmalıyevin universitetin tələbəsi olduğunu təsdiqləyib:

"Ramiz Şahmalıyev neft-qaz mədən fakültəsinin 4-cü kurs tələbəsi idi. 565 balla universitetə daxil olub. 4-cü kursa keçəndə akademik məzuniyyət götürmüşdü. Birinci-ikinci kursları əla qiymətlərlə oxusa da, sonradan bir az zəif göstəriciləri olub. Ümumilikdə isə çox yaxşı təhsil göstəricilərinə sahib olan tələbə idi. Keçən ilki məzuniyyətdən sonra bu il qayıdıb, imtahanlarını verib və hər şey qaydasında idi. Hamı da gözləyirdi ki, diplomunu alacaq".

B.Nəzərovun sözlərinə görə, tələbənin intihar səbəbinin psixoloji durumundakı problemlər olduğu ehtimal edilir:

"Ramiz Şahmalıyevin valideynləri ilə əlaqə yaradılıb. Onun kəsrləri də yox idi. Lakin tələbənin son vaxtlar müəyyən psixoloji problemləri var idi. Yəqin ki, intihar səbəbi də budur".

OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...