Tələbələri dini təhsil almaq üçün İrana hansı qurum göndərir? - “Rəsmi şəkildə getmirlər...”

Tələbələri dini təhsil almaq üçün İrana hansı qurum göndərir? - “Rəsmi şəkildə getmirlər...”
"Mən işlədiyim zaman – 2002-ci ildə İranda 250 nəfər azərbaycanlı dini təhsil alırdı və onların heç biri rəsmi yolla getməmişdi”.

Bunu Sfera.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.
 
O, bildirib ki, İranda dini təhsil alan tələbələrin pasportunu alıb, orada saxlayırlar:

"Müəyyən dərəcədə qorxudurlar ki, ölkəyə qayıtsanız, sizi narahat edəcəklər. Çalışırlar ki, həmin tələbələri orda evləndirsinlər. İranda dini təhsil alanların əksəriyyəti qayıtmaq istəsələr də, bunu edə bilmirlər. Xaricdə dini təhsil o vaxt bizdə demək olar ki, qadağan idi. Nəinki İranda, eyni zamanda Türkiyədə, Misirdə. O zaman biz belə şərt qoymuşduq, həmin qadağa indiyə qədər qalır. Tələbələrimiz məhz Azərbaycanda dini təhsil almalıdırlar. Onların İranda və ya başqa dövlətdə dini təhsil alması məqbul deyil”.
 
Müsahibimiz qeyd edib ki, hazırda rəsmi yolla İranda dini təhsil almaq mümkün deyil:
 
"Dini təhsil almaq üçün tələbələri ora ya Təhsil Nazirliyi, ya da Qafqaz Müsəlmanlar İdarəsi göndərməlidir. Bunların isə heç biri İrana dini təhsil almaq üçün tələbə göndərmir”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Cavanşir Paşazadə isə saytımıza açıqlamasında deyib ki, Azərbaycanda dini kadrlar əsasən İlahiyyat İnstitutunda hazırlanır:

"Xaricdə təhsil almaq məsələsinin universitet tərəfindən mübadilə yolu ilə baş tutması mümkündür. Biz qonşu ölkələrə dini təhsil alması üçün tələbə göndərmirik. Təbii ki, qanunsuz  şəkildə, öz istəklərilə gedən şəxslər də olur – məsələn, Səudiyyə Ərəbistanına, İrana. Dövlət və ya universitet tərəfindən göndərilməyənlər onsuz da burada işlə təmin olunmurlar”.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...