Tələbələrə kirayə, yataqxana və dərslik üçün kredit verilə bilər - VİDEO

Tələbələrə kirayə, yataqxana və dərslik üçün kredit verilə bilər - VİDEO
Azərbaycanda tələbələrə kirayə, yataqxana və dərslik xərcləri üçün təhsil krediti verilə bilər.

Sfera.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli xəzərtv-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu prosesə başlamaq üçün "Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlanır.

Millət vəkili deyib ki, qanun layihəsində bu krediti alan tələbələrin ali məktəbi bitirib, işləməyə başladıqdan sonra müəyyən olunmuş faizlərlə həmin vəsaiti geri qaytarmaları nəzərdə tutulur.

İsa Həbibbəylinin sözlərinə görə, "Təhsil kreditləri haqqında" qanun layihəsinin hazırlanarkən dünya təcrübəsi öyrənilir. Təhsil kreditlərinin verilməsi üçün əsas məsələ sahibkarları bu prosesə cəlb etməkdir.

Komitə sədri hesab edir ki, bu qanun layihəsi Azərbaycanda tələbələrin bəzi problemlərinin aradan qaldırılmasına kömək edə biləcək. "Təhsil kreditləri haqqında" qanun layihəsinin hazırlanmasının yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub.
 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTOLAR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...