Tələbələr Bakıya gəlmədi, kirayə qiymətləri ucuzlaşıbmı? - AÇIQLAMA

Tələbələr Bakıya gəlmədi, kirayə qiymətləri ucuzlaşıbmı? - AÇIQLAMA

 

Ali təhsil müəssələrində yeni təhsil ili distant qaydada başladığı üçün Bakıya tələbə axını müşahidə edilmədi. Bu da öz növbəsində kirayə mənzil bazarıda mənzillərə tələbatı azaldıb.


Tələb azalıb bəs, qiymətlərdə necə, dəyişiklik müşahidə olunur?


Mövzu ilə bağlı Sfera.az-a danışan "Əmlak Ekspert Mərkəzi” MMC-nin direktoru Ramil Osmanlı hazırda qiymətlərdə dəyişiklik olmadığını və növbəti illər üçün qiymətlərin yüksək olacağını bildirib:

 

"Hazırda tələb və təklif arasında nisbət təklifin xeyrinə dəyişir. Buna görə də qiymət artımı barədə nəsə demək çətindir. Bütünlükdə kirayə bazarında qiymət dəyişimi daha çox tələbə axınına bağlıdır. İndi tədris proqramı ilə bağlı tələbə axını dayanıb.

 

Xüsusilə son 4-5 il ərzində kirayə mənzil bazarında təklif azalıb, tələbsə əvvəlki kimi çoxdur. Bu da öz növbəsində qiymətlərin yüksək olması ilə nəticələnir. Kirayə mənzillərdə təkliflərin azalmasının əsas səbəbi şəhərsalma infrastruktur layihələrinin icrası ilə bağlıdır. Tələbin artımında isə yenə də pilot layihələrin icrası müəyyən qədər rol oynayır.

 

Həmin layihələrin icrası nəticəsində şəhərin müəyyən yaşayış massivləri söküntüyə məruz qalır. Söküntüyə məruz qalan ərazinin sakinləri üçün tikinti şirkətləri minimum iki illik müddət üçün tələb formalaşdırırlar. Yəni, başqa ərazilərdə 300-500 ailə üçün tələb formalaşır və buproses də təbii ki, kirayə mənzil bazarında tələb və təklif strutkutunda tələbi artırır. Belə olan halda da qiymətlər artır.

 

Qiymətlərin artımı isə çox güman növbəti illərdə də davam edəcək. Yerləşmədən, nəqliyyat infrastrukturuna yaxınlıq və.s baxımından da qiymətlər dəyişir. Kirayə bazarında 1 otaqlı mənzillər üçün minimum qiymətlər 250-300 manatdan başlayır. Bu rəqəmlər tələbələr üçün təqribən 600-650 manatadək artır. Bundan daha baha qiymətlər isə şəhər mərkəzində bahalı kirayə mənzillərə aiddir və bu mənzillər xaricdən iş üçün ölkəmizə gələn şəxslərə günlük ya aylıq kirayə verilir. Hələ ki, kirayə mənzil bazarında qiymət artımı müşahidə olunmur, lakin tələbələr əvvəlki qaydada tədris proqramını davam etdirsələr qiymətlər qalxacaq”.

 

Eksper alqı-satqı bazarındakı vəziyyətə də toxunub:


"Alqı-satqı bazarında da vəziyyət təqribən oxşardır. Burda fərq ondan ibarətdir ki, müəyyən bazar iştirakçıları sayəsində yəni, İpoteka və kreedit Zəmanət Fondunun timsalında bazarda nisbi də olsa aktivliyi bərpa etmək olur. Amma demək olar ki, hazırda alqı-satqı əməliyyatlarının sayı olduqca azalıb. Bazarda tələb aşağıdır. Bu da iqtisadi səbəblərdən irəli gələn məsələdir”.

 

 

Əzizə

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...