“Tələbə qızlara qəsd...” - Professordan şok açıqlama

“Tələbə qızlara qəsd...” - Professordan şok açıqlama

Tələbə qızların zəhərlənməsi və ölümünə göstərilən səbəblər müəmmalıdır. Çünki qida zəhərlənməsi üçün burundan qan gəlməsi və bir gün öncə qızdırmanın müşahidə edilməsi xarakterik deyil.

Sfera.az xəbər verir ki, bu sözləri axar.az-a tibb üzrə professor Adil Qeybulla Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında qalan üç tələbə qızın qidadan zəhərlənməsi və birinin dünyasını dəyişməsi hadisəsinin səbəbləri barədə danışarkən deyib.

A.Qeybulla qeyd edib ki, qızların zəhərlənməsi ilə bağlı bütün deyilənlər ehtimal ola bilər və buna görə ölüm səbəbi mütləq şəkildə araşdırılmalıdır:

"Tələbələrdə çox güman ki, qida toksik infeksiyası olub. Ancaq bu da təbii ki, əsas səbəb deyil. Son sözü məhkəmə tibbi ekspertizası deməlidir. 3 tələbənin zəhərlənməsi və birinin dünyasını dəyişməsi adi hal olmadığına görə mütləq şəkildə autopsiya olmalıdır.

Ümumiyyətlə qeyd edim ki, zəhərlənmə və ölüm hadisəsinə göstərilən səbəblər müəmmalıdır. Məhkəmə tibbi ekspertizası olmasa, ölümə səbəb müəyyən edilməyəcək. Burada qəsd də ola bilər. 3 cavan tələbənin zəhərlənməsinin araşdırılması buna görə mütləqdir. Burada müəmmalı məsələ qızların hər üçündə də bir gün əvvəl qızdırmanın olmasıdır. Həmçinin onlar evdə huşsuz halda tapılarkən ağızlarından qan gəlməsi də müəmmalı məsələdir. Qida zəhərlənməsi üçün bu cür hallar xarakterik deyil. Ola bilər ki, boğulma olub. Bilirsiniz, tələbələrdə müşahidə edilən hallarla zəhərlənməyə səbəb kimi göstərilən hallar bir-birinə uyğun gəlmir”.

Professor qeyd edib ki, əgər bir gün əvvəl tələbələr təcili yardım çağırıbsa və qızdırmaları olubsa, demək ki, problem özünü bir gün əvvəldən göstərib:

"Məsələn, elə toksiki maddələr olur ki, hemotoksin kimi, bu maddə damarlarda laxtalanmanı pozur və qanaxmalar olur. Bu zaman qan təzyiqi həddən artıq yüksək ola bilər və burundan, ağızdan qan gələ bilər. Ancaq bunun qızdırma ilə heç bir əlaqəsi yoxdur.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya getməli idilər. Ola bilərdi ki, xəstəxanada da ölüm baş versin. Çünki sondakı hadisələr çox sürətlə baş verib: bir gün öncə qızdırmanın olması, səhəri gün huşsuz vəziyyətdə və ağızdan qan gəlmiş şəkildə aşkar edilmələri, birinin dünyasını dəyişməsi... Qızdırma bir neçə gün davam edən haldır, insanı yatağa salır və günlərlə davam edərək ağırlaşa bilir. Onlarda bunların heç biri müşahidə edilməyib. Müəmmalı məsələlər çoxdur”.

Professor qızların təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılmaması barədə səslənən iradlardan da danışıb:

"Qızlar özləri xəstəxanaya getməkdən imtina ediblərsə, yəni anlaqlı formada buna etirazlarını bildiriblərsə, təcili yardımın onları məcburi şəkildə xəstəxanaya aparmaq ixtiyarı yoxdur. Onlar huşsuz vəziyyətdə olsaydı, bəli, hər üçü aparılmalı idi. Əgər onlar özləri xəstəxanaya getməkdən imtina ediblərsə, mütləq imtina vərəqinə qol çəkməli idilər. Yəqin ki, qol çəkərək getməkdən imtina ediblər”.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə baş verib. İlkin ehtimal kimi onların qidadan (konserv, suşi, kartof qızartması) zəhərləndiyi deyilib.

Qaldıqları yataqxanada huşsuz vəziyyətdə aşkarlanan qızlardan ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, tələbələrdən biri isə dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...