Tələbə boğazı kəsilən qonşusunu belə xilas etdi - FOTO

Tələbə boğazı kəsilən qonşusunu belə xilas etdi - FOTO

Rusiyanın Barnaul şəhərində tibb təhsili alan tələbə içki məclisində boğazı kəsilən qadının həyatını xilas edib.

Sfera.az oxu.az-a istinadən verir ki, şənlik keçirən dostlar spirtli içkinin təsiri altında mübahisə etməyə başlayıblar.

Şənlikdə iştirak edən kişilərdən biri qadına bıçaqla hücum edərək ona ağır xəsarət yetirib. Hadisə şahidləri qonşuları köməyə səsləyiblər. Tibb sahəsi üzrə təhsil alan tələbə qonşularının köməyinə gələrək qanaxmanı dayandırmağa müyəssər olub.

10 dəqiqə sonra hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin həkimləri qadının həyatını xilas edən tələbəyə təşəkkür ediblər.


OXŞAR XƏBƏRLƏR