Tələbə adı qazananlar qeydiyyat üçün hansı sənədləri aparmalıdır? - SİYAHI

Tələbə adı qazananlar qeydiyyat üçün hansı sənədləri aparmalıdır? - SİYAHI
Dövlət imtahan Mərkəzi (DİM) yenicə başa çatmış qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış abituriyentlərə müraciət edərək, onları daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməyə çağırıb. 

Sfera.az modern.az-a istinadən xəbər verir ki, tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

"Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək”,-deyə DİM bəyan edib.

Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

Bəs ali məktəblərə qəbul olunan abituriyentlər universitetlərdə qeydiyyatdan keçmək üçün hansı sənədləri təqdim etməlidirlər?

Həmin sənədlərin siyahısını təqdim edirik:

- Attestatın əsli;

- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- Hərbi bilet vəya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün);

 - Yaşayış yerindən arayış; 

- Sağlamlıq haqqında arayış;

- 6 ədəd 3x4 ölçüdə fotoşəkil;

- Abituriyentin DİM-in bazasındakı şəxsi kabinetinin itifadəçi adı və şifrəsi;

- Ödənişli ixtisaslar üçün 1-ci ilin tam ödənişi.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər - VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevlə Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər.   Sfera.az xəbər verir ki, bu bar...

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...