Teleaparıcıdan Eldar Əzizova müraciət: “O qəlyana bənzəyən fəvvarələr…”

Teleaparıcıdan Eldar Əzizova müraciət: “O qəlyana bənzəyən fəvvarələr…”
 

Teleaparıcı Elçin Əlibəyli Bakı şəhərində küçələrin adlarının dəyişdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.


 

Sfera.az "yeni sabah”-a istinadən xəbər verir ki, o, müraciətində bildirib ki, Tolstoy böyük yazıçıdır, amma şəhərin ən mərkəzi küçələrindən birinin hələ də onun adını daşımasını anlaya bilmir. Əlibəylinin fikrincə, Xaqani, Nizami küçələrinin paralelində və Nəsimin heykəli yanında olan bu küçənin Nəsiminin adını daşıması daha məntiqli olar: "Qorki, Mayakovski, Yesenin küçələri məntiqlidir, onlar burada olub və bir kəlmə Bakı haqqında deyiblər. Bəs Tolstoy?”.

 

Teleaparıcı hesab edir ki, azərbaycanlılar haqqında yüksək fikirlər demiş Aleksandr Dümanın adına küçə vermək haqda düşünmək lazımdır: "Bilirik ki, Fransa ermənilərin havadarıdır, amma 1920-ci il Paris Sülh Konfrasında Fransa bizim tərəfimizdə idi. Yenə hansısa yolla bu ölkəni özümüzə tərəf çəkə bilərik.

 

 

Məsələn, elə Şarl de Qolun adına xırda da olsa küçə adı verməklə. Puşkin "Смирись, Кавказ: идёт Ермолов!” yazdığına görə ona heykəl, küçə adı verdik, amma erməni diaqnozu qoyduğuna görə dəyərdi. İrəvanın düz mərkəzində Qriboyedova heykəl ucaldıblar, çünki məhz o, onların Azərbaycana köçürülməsinə rəhbərlik etmiş adam idi. Biz necə, onu ifşa edən Veliçkonun adına küçə vermək haqqında düşünmüşükmü?”.


 

E. Əlibəyli qeyd edib ki, xrebtovılar, naqornılar, paralelnilər hələ də Bakını bəzəyir. Niyazinin adına olan küçə isə yoxdur: "Ən vacib məqam, Azərbaycan Nazirlər Kabineti Lermontov küçəsində yerləşir. Demirəm bu binanı sürüşdürüb Xoyski prospektinə aparaq, qoy yerində qalsın. Bəlkə küçənin adını dəyişək? Şah Təhmasib adı verək o küçəyə. Axı tariximizdə böyük yeri olan və uzun müddət hakimlik etmiş hökmdar kimi onun küçə adı daşımağa haqqı var! Uzun Həsən, Qara Yusif və s. hökmdarlarımız kimi”.

 

 

E. Əlibəyli hesab edir ki, Bakıda İrəvan adında küçə və xiyabanın olması da vacibdir: "Qədim şəhərimizi haylara hədiyyə etmişik, barı adını qaytaraq və o xiyabanda 1905, 1918, 1946-52, 1988-ci il hadisələrini əks etdirən və oradakı mahalların hər birini simvolizə edən abidə ucaldaq! Hələ də Bakıda 1918-ci il mart qırğınlarının memorial abidəsi yoxdur. O qəlyana bənzəyən fəvvarələr əvəzinə belə bir abidə qoymaq olmazdırmı? Şairlərimiz bizim üçün əzizdirlər, amma yalnız onlara heykəl ucaltmaqla iş bitmir. Böyük sərkərdə və hökmdarların da heykəlləri Bakımızı bəzəməlidir”.


OXŞAR XƏBƏRLƏR

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...