Teleaparıcı Göygölün istifadəyə verilməsinə etiraz etdi

Teleaparıcı Göygölün istifadəyə verilməsinə etiraz etdi

Teleaparıcı Saleh Bağırov Göygöl Milli Parkının əhalinin istifadəsinə verilməsinə münasibət bildirib. 

“Göygöl Qoruğunun istifadəyə verilməsinə təəssüfləndim. Xəbəri eşidəndə bir hadisə yadıma düşdü. Təqribən, 6-7 il əvvəl həmin Qoruqda çoxsaylı kütlənin iştirakı ilə konsert aparırdım. O zamanlar da giriş yasaq idi, ancaq televiziya icazə almışdı. Təbii olaraq mənzərəli yer olduğundan çox gözəl konsert çəkilmişdi. Çəkiliş 3 saatdan artıq davam etdi. Siz təsəvvür edə bilməzsiniz ki, çəkiliş bitdikdən sonra ora nə hala düşdü. Elə bil rəssam əli ilə çəkilmiş o mənzərəni kimsə kislota töküb yandırmışdı. Hər yer zibil, tullantı, çöp,və.s. Dəhşətə gəldik. Subyektiv fikrimdir. Yaxın günlərdə o gözəllikdən əsər-əlamət qalmayacaq. Çünki bizim insanların böyük əksəriyyətinin təəssüf ki,elementar etikadan xəbərləri yoxdur. O ki, qala elə yerlərin ziyarəti... 

Düzdür, bir çox ölkələrdə bu cür yerlərin ziyarət edilməsi təşkil olunur. Nədənsə belə neqativ hallara da rast gəlinmir. Amma bizdə bir çox şey başqa cür olduğu kimi insanlarımız elementar, bizə məxsus olan dəyəri, gözəlliyi qorumaq bir yana qalsın, heç fərqinə varmır! Qoruq istifadəyə verilsə də, çox arzu edirəm ki, əraziyə ciddi nəzarət olsun, yüksək cərimələr tətbiq olunsun, ərazidə özünü apara bilməyənlərə təkrar giriş qadağan edilsin. Bəlkə bu yolla o illərdir ki, qorunan gözəlliyi məhv olmadan saxlaya bildik!”

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 aprel 2015-ci il qərarına əsasən Göygöl Milli Parkına 2 manat ödəniş etməklə daxil olmaq mümkündür. (qafqazinfo)

Sfera.az


OXŞAR XƏBƏRLƏR