Təkrar seçki olarsa İstanbulun sahibi kim olacaq? - Ekspert “Əkrəm İmamoğlu” deyir

Təkrar seçki olarsa İstanbulun sahibi kim olacaq? - Ekspert “Əkrəm İmamoğlu” deyir


"Təkrar seçkilər keçiriləcəyi təqdirdə CHP-dən olannamizədin qələbə qazanmaq ehtimalı daha yüksək görünür”


Sfera.az-a açıqlamasında bunu İstranbul bələdiyyəsi üzrə seçkilərin müəmmalı qalması və ikinci tur keçiriləcəyi təqdirdə kimin şansının daha yüksək olması ilə bağlı sualı cavablandırarkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:


"Birincisi, İstanbul bələdiyyəsi üzrə yeni seçkilərin keçirilməsi MHP liderinin təklifidir. Fikrimcə, CHP bununla razılaşmayacaq. CHP-nin İstanbulda qalib gələn nümayəndəsi Əkrəm İmamoğlu özü də söylədi ki, insanları ələ salmaq olmaz. Onlar seçkilərin nəticələrinin tanınmasında israrlıdırlar. Bu mənada da CHP-nin təkrar seçkilərə razılaşacağına inanmıram. Ancaq son anda razılaşsalar belə, CHP namizədinin qələbə çalmaq ehtimalı daha yüksək görünür. Ona görə ki, bu halda CHP-çi namizəd əzilmiş tərəf qismində çıxış edəcək. Türk cəmiyyəti əzilən, sıxışdırılan siyasətçilərə daha çox dəstək verir. Ərdoğanın özü də vaxtilə məhz bu yolla həkimiyyətə gəlib. O 6 ay həbsdə yatdı və bu zaman nüfuzu xeyli dərəcədə qalxdı. Nüfuzunun qalxması da haqsız yerə sıxışdırılması ilə bağlı idi. İndi eyni proses sanki CHP namizədinə qarşı da həyata keçirir. Ona görə İstanbulda yenidən bələdiyyə seçkisinin keçirilməsi AKP namizədinin xeyrinə olmaya da bilər. Ancaq təkrar seçkinin olacağı ehtimalı elə də böyük deyil. Artıq Yüksək Seçim Qurumu açıqlama verib. Böyük ehtimalla yaxın günlərdə YSQ Əkrəm İmamoğlunun İstanbulun yeni bələdiyyə başçısı kimi tanıyacaq”.


Qeyd edək ki, Türkiyənin ən böyük şəhəri olan İstanbulda bələdiyyə seçkisində kimin qalib gəlməsi məsələsi hələ də müəmma olaraq qalır. Bu fonda bir sıra ekspertlərə görə, burada təkrar seçkilərin keçirilmə ehtimalı daha böyükdür.

Elçin

 

OXŞAR XƏBƏRLƏR