“Təkrar İstanbul seçkilərini yenə İmamoğlu qazanacaq” – EKSPERT DƏYƏRLƏNDİRDİ

“Təkrar İstanbul seçkilərini yenə İmamoğlu qazanacaq” – EKSPERT DƏYƏRLƏNDİRDİ
 

"Təəssüf hissilə deməliyəm ki, Türkiyədə görünməyən hadisənin şahidi olduq. Qardaş ölkədə demokratik seçkilərə kölgə salındı”


Sfera.az-a açıqlamasında bu sözləri Türkiyədə YSK-nun İstanbul bələdiyyəsi üzrə seçkinin nəticələrini ləğv etməsinə münasibət bildirərkən politoloq Elşən Mustafayev deyib.


Bununla belə, həmsöhbətimiz əminliklə söylədi ki, ikinci turda Əkrəm İmamoğlu iştirak edərsə, o daha böyük səslə qalib gələcək: "İstanbulda keçirilən bələdiyyə seçkilərilə bağlı baş verən son olaylar əslində bilərəkdən və yaxud bilməyərəkdən Türkiyədə demokratik sisteminçökdürülməsinə istiqamətlənmiş addımdır. Bir müddət əvvəl Əkrəm İmamoğluna bələdiyyə başqanı mandatının verilməsilə düşündük ki, artıq Türkiyədə bu məsələ çözüldü. Ancaq sonda YSK-nın seçkinin nəticələrini ləğv etməsilə böyük təəssüf hissilə Türkiyədə görünməyən bir hadisənin şahidi olduq. Bu hadisə ilə Türkiyədə demokratik seçkilərə sanki bir kölgə salındı. Ancaq bütün hallarda düşünürəm ki, yaranmış prosesdən Əkrəm İmamoğlu uduşlu çıxacaq. Çünki həmin olaydan sonra əzilən, haqqı yeyilən insan kimi İmamoğluna rəğbət daha da artdı. Türk millətində əzilənə daha çox dəstək olmaq kimi ənənə var. Ona görə də İmamoğluna böyük dəstək kampaniyasına başlanılıb. Hesab edirəm ki, ikinci turda Əkrəm İmamoğlu iştirak edərsə, o daha yüksək səslə qalib gələcək. Özü də YSK həmin qərarını Ramazan ayının ilk günündə verdi. Bu mənada da əhali həmin qurum tərəfindən atılan addımı halala haram qatmaq kimi qəbul edir. Proses həm də AKP rəhbərliyinin səmimi olmadığını da ortaya qoydu. Ancaq bütün hallarda yaranmış vəziyyətdə Türkiyə demokratiyası uduzdu”.

 

 

Qeyd edək ki, İstanbul bələdiyyəsi üzrə seçkilərin qalibi Əkrəm İmamoğluna mandat veriləndən sonra Türkiyənin Yüksək Seçim Kurulu (YSK) burada keçirilən seçkilərinin nəticəsini ləğv edib. Nəticədə İstanbulda yenidən seçkilər keçiriləcək. Məlumata görə, YSK-nınverdiyi qərarın lehinə 7, əleyhinə isə4 nəfər səs verib. Onu da xatırladaq ki, burada İmamoğlunun əsas rəqibi Ərdoğanın əsas silahdaşı Binəli Yıldırım idi.

Elçin


OXŞAR XƏBƏRLƏR