TƏKLİF - Metrostansiyalarımızdan biri Qarabağ adlansın

TƏKLİF -  Metrostansiyalarımızdan biri Qarabağ adlansın
 Bildiyimiz kimi, mediada və sosial şəbəkələrdə paytaxtdakı metro stansiyalarının adlarının dəyişdirilməsi, eləcə də tikilməkdə olan stansiyalara yeni adların verilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülür. Maraqlıdır, metrostansiya adları dəyişdirilsə, yerinə nələr qoyula bilər?
 
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  bildirib ki, məsələ ilə bağlı yeni informasiya yoxdur: "Məsələ Nazirlər Kabinetinin səlahiyyətində olduğu üçün, bizim nə isə soruşmağımız da təbii ki, düzgün çıxmır. Nazirlər Kabineti lazım bildikdə bizə müraciət edir. Qərarı verən onlar olduğu üçün bizim məsələyə hansısa müdaxilə etmək kimi səlahiyyətimiz yoxdur. Metro stansiyalarının adları ilə bağlı məsələ Nazirlər Kabinetində müzakirə edilərsə, bizim birbaşa təklif irəli sürməyimiz düz olmaz. Amma təbii ki, onlar bizim rəyimizi öyrənmək istəsələr müraciət edə bilərlər. Yəni bu mənada məsələ bizim səlahiyyətimizdə deyil”.
 

 
Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru, yazar Ələmdar Cabbarlı bildirib ki, həqiqətən də müasir dövrdə heç bir məzmun, məna kəsb etməyən stansiya adları var ki, onları dəyişmək yaxşı olar: "Fikrimcə, təxminən 5-6 stansiyanın adı yeni adlarla əvəz olunmalıdır. Ümumiyyətlə, nəyəsə ad verəndə onu bir incələmək lazımdır, xüsusilə də bu, məkan adıdırsa, məsələyə daha həssas yanaşılmalıdır. Bunun üçün ən yaxşı variant qardaş Türkiyənin təcrübəsindən yararlanmaqdır. Türkiyədə metro, eləcə də tramvay stansiyalarına əsasən tarixi yerlərin və şəxsiyyətlərin adları verilib. Bu mənada bizdə stansiya adları dəyişdiriləndə, eyni zamanda Bakı metrosunda yeni xəttlərin açılması planlaşdırılır ki, onlara ad veriləndə müxtəlif dövrlərdə yaşayan tarixi şəxsiyyətlərimizin – bunun örnəkləri də var, məsələn, Xətai, Nəsimi, Memar Əcəmi, Nərimanov – adlarını verməliyik. Cümhuriyyət qurucularının, görkəmli elm və mədəniyyət xadimlərinin adları burada yer alsa, çox yaxşı olar. Məsələn, Yusif Məmmədəliyev və Üzeyir bəyin adları verilsə, yaxşı olar. Milli qəhrəmanların – Mübariz İbrahimov, Çingiz Qurbanovun adları verilsə, hamının ürəyindən olar. Səhər dərsə, işə gedən insanlar, xüsusilə gənclər belə qürurverici adları dəfələrlə eşidəndə onlar haqqında fikirləşər, bir az da milli ruhda özünü hiss edər. Tarixi yer adları, coğrafi adlar da verilə bilər”.
 

 
Ələmddar Cabbarlı qeyd edib ki, xüsusilə turistlərə bir mesaj kimi "Qarabağ” adında stansiya, ya da Qarabağı simvolizə edən digər bir ad olsa daha yaxşı olar: "Məsələn, "Xarı bülbül”. Bəlkə kiməsə qəribə gələr, İstanbul metrosunda mən belə bir maraqlı adla qarşılaşmışam: "Ayrılıq çeşməsi” stansiyası. Yeri gəlmişkən, bir məsələni də deyim, yalnız sovetdən qalma deyil, son illər verilən müəyyən adlar da dəyişsə yaxşı olar. Məsələn, "Avtovağzal” stansiyası. Bu nə deməkdir? Nə olsun ki, Bakı Beynəlxalq Avtovağzalı həmin ərazidə yerləşir. Əvvəla, bu milli ad deyil. İkincisi, onu vağzalla əlaqələndimək lazımdırsa tarixi bir ad vermək yaxşı olar. Məsələn: Karvansara.  Həm də onu da istəyərəm ki, stansiyalar kimin ya hansısa tarixi yerin adına olacaqsa, orada bir barelyef, lövhə, şəkil, mətn olsun ki, həmin şəxs, yer, tarixi ərazi haqqında müxtəlif dillərdə insanlara informasiya verilsin. Tutaq ki, Qarabağ, Xarı bülbül haqqında belə lövhələr olsa, zənnimcə çox yaxşı olar. Məsələn, stansiyalardan birinə Aşıq Ələsgərin adını versək, orada da əcnəbi dillərdə bu şəxsiyyətin böyüklüyündən və belə bir sənətkarın məzarının indi hansı vəziyyətdə olduğundan bəhs etsək, bu, böyük bir təbliğat olar”.
(ted.az)

OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...