TƏKLİF: Məktəblilərə ictimai nəqliyyatdan istifadə pulsuz olsun - VİDEO - FOTO

TƏKLİF: Məktəblilərə ictimai nəqliyyatdan istifadə pulsuz olsun - VİDEO - FOTO
 Məlumdur ki, 5 yaşdan yuxarı hər bir kəs ictimai nəqliyyatda gediş haqqı ödəməlidir. Əlbəttə ki, bura məktəblilər də daxildir. Amma son zamanlar belə bir təklif səslənir ki, məktəb şagirdləri ictimai nəqliyyatda gediş haqqından azad olunsun. Hesab edilir ki, günün müəyyən vaxtlarında məktəbli formasında olan uşaqlar gediş haqqı verməyə bilər.

Sfera.az-ın məlumatına görə, milli.az bildirir ki, ARB TV əməkdaşları məsələ ilə bağlı ətraflı araşdırma ediblər.

Bu günlərdə sosial şəbəkələrdə ana və onunla olan 3 məktəbli övladının imkanı olmadığı üçün avtobusdan düşürüldüyü, bununla da uşaqların məktəbə gedə bilmədiyi barədə məlumat yayıldı. Məsələyə anındaca sərt reaksiyalar oldu. Millət vəkili Fazil Mustafa hesab edir ki, məktəblilər gediş haqqı ödəməkdən azad olunmalı, ya da müəyyən güzəştlər olmalıdır.

Fazil Mustafa - Milli Məclisin deputatı: "Məktəbə uşağın daşınması ən vacib problemlərdən biridir. Bu bəhanəni kiməsə buraxmaq olmaz. Valideyn var bəhanə edər ki, mənim gücüm çatmır, uşağı məktəbə apara bilmirəm".

Dünyanın bir çox ölkələrində isə məktəb şagirdlərinin ictimai nəqliyyatdan istifadəsi pulsuzdur və ya güzəştlidir.

Kamran Əsədov - Təhsil eksperti: "Gürcüstan, yəni yaxın ərazilərdən deyək. Şagirdlər gediş haqqından tam azaddırlar. Türkiyədə isə güzəşt tətbiq edilir. Yəni xüsusi kartlar paylanılır, həmin kartlar vasitəsilə 50 faiz və daha aşağı ödəniş etməklə daşıma həyata keçirilə bilir".

Şagird: "Hər gün məktəbə getmək və qayıtmaq üçün təxminən 60 qəpik, bəzən isə 1 manatdan çox pul xərcləyirik. Ayda orta hesabla 20-30 manat gedir. Pulsuz olsa daha yaxşı olar".

Kamran Əsədov - Təhsil eksperti: "Əgər həmin şəxs məktəbli formasındadırsa və məktəb saatlarında ictimai nəqliyyatdan istifadə edirsə, biz onu azad etməliyik. Təbii ki, biz demirik ki, gecə saatlarında və qeyri-iş günlərində bu tətbiq edilsin".

Ekspertlərin sözlərinə görə, dövlət şagirdlərin pulsuz daşınması müqabilində daşıyıcı şirkətlərə müəyyən güzəştlər edə bilər.

Elməddin Muradlı- Nəqliyyat eksperti: "100-200 şagird ödəniş etməsə, daşıyıcı şirkət ondan heç nə itirən deyil. Amma ola bilər ki, daşıyıcı şirkətə dövlət bunun üçün konpensasiya ödəyə bilər. Hardasa bir güzəşt tətbiq edə bilər ki, məsələn, sən şagirdləri dərs mövsümündə daşıyırsan, mən də səndən tutaq ki, vergidəmi, hansısa bir sahədəmi müəyyən bir həcmdə güzəşt edirəm".

Fazil Mustafa - Milli Məclisin deputatı: "Burada ən böyük üstünlük verilən tərəf uşaqdır. Bütün hallarda onun problemi həll olunmalıdır. Amma qalan tərəfin sıxıntısını da müvafiq qurumlar çözməlidir ki, o da zərərə düşməsin. Sabah elə bir şərait yarana bilər ki, deyər ki, bunun yarısı şagirdlərdir, mən qazana bilmirəm".

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, müraciət olunacağı təqdirdə, həmin təklifə lazımi diqqət göstərilə və məsələyə qanunvericilik çərçivəsində baxıla bilər.

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...

Ermənistanda minatəmizləmə işləri ilə əlaqədar Bağanis-Voskepar yolu BAĞLANDI

Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Ə...

"Qərb danışıqlara nə qədər az müdaxilə etsə, Cənubi Qafqaza sülh o qədər tez gələcək"

“Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin...

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...