“Təkcə ucuzlaşmayacaq, həm də internetin sürəti yaxşılaşacaq” – EKSPERT ÜMİDLİ DANIŞDI

“Təkcə ucuzlaşmayacaq, həm də internetin sürəti yaxşılaşacaq” – EKSPERT ÜMİDLİ DANIŞDI
 

Azərbaycanın magistral operatoru olan "Delta Telecom" MMM may ayının 10-dan etibarən provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim təklif edəcək.

 

Sfera.az xəbər verir ki, endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini də götürməlidir.


Mövzuyla bağlı Sfera.az-a danışan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman gündüzün sözlərinə görə, Azərbaycanda internet qiymətləri iki halda düşür: "Ya, dövlət provayderləri qiymətdə ucuzlaşmaya gedəndə, ya da digər provayderlər endirimlər həyata keçirəndə. "Delta Telekom” 70%-ə qədər endirim edibsə, hesab edirəm ki, bu bazarda ciddi dəyişiklik yarada bilər. Provayderlərin xərci 70% aşağı düşəcəksə, ya qiyməti endirəcəklər, ya da qiyməti saxlayıb, sürəti bir neçə dəfə artıracaqlar. Bu mobil internetə də müsbət mənada təsir edəcək”.


O.Gündüz onu da qeyd etdi ki, Delta Telekomun endirimi digər ana provayderləri də qiymətləri aşağı salmaq siyasətinə yönəldəcək.

 

 

Rəşad

Sfera.az


OXŞAR XƏBƏRLƏR