Maraqlı

Təkbaşına səhrada cənnət yaratdı – Fotolar

Təkbaşına səhrada cənnət yaratdı – Fotolar
Ağac kəsmək dünyanın ən asan işlərindən biridir. Daha vacibi ağac əkmək, planeti yaşıllığa bürüməkdir.

Hindistanlı Cadav Payenq də üzərinə buna bənzər missiya götürüb. O, 40 ildir ağac əkir. O qədər ağac əkib ki, həmin səhralıq ərazi böyük meşəyə çevrilib. İndi onun yaşadığı Maculi adasında Mulay meşəsi Nyu Yorkdakı mərkəzi parkdan da böyükdür. Meşənin ərazisi Vatikanı 12 dəfə geridə qoyur.

Cadav bu fikrə istidən Brahmaputra çayının sahilində ölən ilanları görəndə düşüb. Onda hindistanlının cəmi 16 yaşı vardı. Gördüyü mənzərə Cadava çox pis təsir edib. Həmin gündən ağac əkməyə başlayıb.

Cadavın sayəsində adanın ekosistemi və təbiəti qorunub. İndi meşədə təkcə ilanlar yox, benqal pələngləri, marallar, fillər, kərgədanlar, quzğunlar yaşaya bilir.

Payenqi, bəlkə də, heç kim tanımayacaqdı. Fotoqraf Citu Kalita 2007-ci ildə adaya səfər zamanı hadisədən xəbər tutur. Sonradan Cadav haqqında "Meşə adamı” sənədli filmini çəkir.Bizimyol





XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031