Təhsil Şöbəsindən direktorun döyülməsi ilə bağlı açıqlama

Təhsil Şöbəsindən direktorun döyülməsi ilə bağlı açıqlama
 

İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil.

Bu barədə İmişli rayon Təhsil şöbəsindən məlumat verilib.

 

Şöbədən bildirilib ki, məktəbin direktoru döyülməyib: "Ümumiyyətlə, belə bir hadisə baş verməyib. Bu, uydurmadır".

 

Qeyd edək ki, "Son zəng" tədbiri zamanı İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi və xəsarət alması, hətta hüquq-mühafizə orqanlarının da bu işə qarışması barədə məlumatlar yayılıb.

 

Trend


OXŞAR XƏBƏRLƏR