Təhsil şöbələri ləğv edilərsə, tədrisin keyfiyyəti artacaq - Ekspert

Təhsil şöbələri ləğv edilərsə, tədrisin keyfiyyəti artacaq - Ekspert
"Problemin həllində çıxış yolu rayon təhsil şöbələrinin ləğv olunmasından keçir”.
 
Sfera.az-a açıqlamasında bu sözləri hələ də rayon icra hakimiyyəti orqanlarının orta məktəblərdə direktorun təyin edilməsi və ya vəzifədən götürülməsinə müdaxilə etmək cəhdlərinə münasibət bildirərkən, təhsil eksperti Kamran Əsədov deyib.
 
Onun sözlərinə görə məhz yerlərdə icra hakimiyyəti orqanlarının nomenklatur təsirləri orta məktəb müəssisələrində sağlam təhsil mühitinin yaranmasına imkan vermir:
 
"Etiraf edək ki, bu gün Bakı istisna olmaq şərtilə regionlarda rayon icra hakimiyyətləri qeyri-rəsmi formada bütün məktəbləri aylıq müəyyən məbləğdə el dilində desək "tasa otuzdurublar”. Onlar məktəblərdən şagirdlərin sayına, əhatə dairəsi və imkanlarına uyğun olaraq 100-300 manat aylıq haqq alırlar. Rayon təhsil şəbələri də bu prosesə birbaşa olaraq təsir göstərirlər. Yəni onlar da bu işdə maraqlıdır, çünki müəyyən məbləğ müqabilində onlar da öz "xidmətləri”ni göstərirlər. Proses təkcə bununla bitmir. Onlar bu və ya digər formada məktəblərə ehtiyac olmasa da, ləvazimatlar göndərir, alınması vacib olmayan resurslar, qəzet və jurnallar da göndərirlər. Həmçinin, bu və ya digər tədbirlərə müəllimləri cəlb edirlər. Qanunvericiliyin tələblərinə görə, mütləq şəkildə məktəb direktorları həmin tədbirlərdə iştirak etməlidir. Lakin bu zaman onlar tədris prosesindən kənarda qalırlar. Həmçinin, bu və ya digər formada nələrəsə məcbur edilirlər. Yekunda bəzi direktorlar öz vəzifələrindən istefa verir. Son illər dəfələrlə belə hadisələrin şahidi olmuşuq. SonÜmumilikdə rayon təhsil şöbələri tədrisin keyfiyyətində yox, öz maraqlarının təmin edilməsi və inkişafında maraqlı olurlar. Belədə hələ də rayon təhsil şöbələri və icra hakimiyyətləri obyektiv yolla seçilən direktorlara bu yollarla təzyiq və təsir göstərirlər. Bu səbəbdən də rayon icra hakimiyyəti orqanlarının məktəblərə belə müdaxilələrinə son verilməlidir. Bilirsiniz ki, həyata keçirilən imtahan və müsahibə nəticəsində yeni şəxslər məktəblərə direktor kimi gedir. Amma rayon təhsil şöbələri, icra hakimiyyətləri onların normal fəaliyyətinə imkan vermir. Burada yeganə çıxış yolu rayon təhsil şəbələrinin ləğv edilməsidir. Bu proses baş verərsə, rayon icra hakimiyyətləri məktəblər üzərində yersiz tələblər qoya bilməyəcək. Hazırda orta məktəblərdə, xüsusən də regionlarda keyfiyyətli təhsili müşahidə etmirik. Şagirdlərin əldə etdiyi yüksək nəticələr də məktəbin deyil, repetitorların fəaliyyətinin nəticəsidir. Məktəb rəhbərliyinə işləyə bilən adam gələn kimi, yuxarı orqanlara həmin direktorla işləyə bilməyəcəklərilə bağlı ərizələr yazırlar. Bu amillərin aradan qaldırılması üçün seçki prosesini məktəblərdən kənarlaşıdrmaq və təhsil şöbələrini ləğv etmək lazımdır. Bunlar baş verərsə, keyfiyyətli təhsilin şahidi ola bilərik”.
 
Qeyd edək ki, hələ də rayonlarda icra hakimiyyəti orqanları orta məktəb direktorlarının təyin edilməsi, işdən çıxarılması kimi proseslərə, habelə onların fəaliyyətinə müdaxilələr edirlər. Bu işdə də onlara rayon təhsil şəbələri "yardım edir”. Nəticədə təhsilin keyfiyyəti günü-gündən aşağı düşməkdə davam edir.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...