Təhsil Nazirliyindən “Mavi balina” xəbərdarlığı

Təhsil Nazirliyindən “Mavi balina” xəbərdarlığı
 Təhsil Nazirliyi məktəb direktorlarına uşaqlar arasında intihara səbəb olan "Mavi balina” oyunu ilə bağlı xəbərdarlıq edib.

Paytaxt məktəblərinin birinin direktoru tərəfindən axar.az-a verilən məlumata görə, bununla bağlı nazirlikdə toplantı keçirilib.

Tədbirə çağırılan məktəb direktorlarına həmin təhlükəli oyunla bağlı tapşırıqlar verilib. Onların nəzərinə çatdırılıb ki, son vaxtlar şagirdləri intihara təhrik edən "Mavi balina” oyunu barədə dərslərdə maarifləndirici mühazirə keçirilsin.

Nazirlikdən deyilib ki, dərs saatında şagirdlərlə söhbətlər aparılsın, bu oyunun qorxulu və zərərli olduğu uşaqlara çatdırılsın. Bu işlər müəllimlərə və sinif rəhbərlərinə həvalə olunub.

Mütəxəssislər və psixoloqlar bu növ oyunların virtual aləmdə sürətlə yayıldığını və azyaşlılara ciddi təsir göstərdiyini bildirib.

Onlar bu cür ciddi halların qarşısını almaq üçün xüsusilə azyaşlıların intenetdən istifadəsinə nəzarət etmək və real həyata bağlı şəkildə tərbiyə etmək lazım olduğunu tövsiyə ediblər.

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...