Təhsİl

Təhsil naziri imtahanlarla bağlı əmr verdi

Təhsil naziri imtahanlarla bağlı əmr verdi
Ali və orta ixtisas təhsili müəssisələrində 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin ediləcək.

Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunması, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmaları və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etmək tapşırılıb.

İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməli, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılmalıdır.

İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat verilməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılıb.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30