Təhsil müəssisələri dekabrın sonuna kimi bağlı qalacaq?- AÇIQLAMA

Təhsil müəssisələri dekabrın sonuna kimi bağlı qalacaq?- AÇIQLAMA
 

Xəbər verdiyimiz kimi Xəbər verdiyimiz kimi iyunun 3-də 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Məhz buna görə də Operativ Qərargahın iyunun 3-də keçirilən brifinqində şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulacağı bildirildi. Əgər artma dinamikası davam etsə, təhsil müəssisələrin açılması ilin sonuna kimi təxirə salına bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, bu barədə danışmaq hələlik tezdir: "Karantin rejimi ilə bağlı qərarların verilməsi dövlətin və Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Təəssüf ki, yumşalmadan sonra hesab olundu ki, insanlar bu məsələdə məsuliyyətlərini anlayıb, yaradılan şəraitdən sui-istifadə etməyəcəklər. Təəssüf ki, hər şey gözlənilən kimi olmadı. İnsanlar sosial məsafəni gözləmədən, qoruyucu tibbi maskalardan istifadə etmədən və sanki koronavirus xəstəliyi yoxmuş kimi davrandılar. Elə bildilər ki, birdən-birə əvvəlki həyatımıza qayıda bilərik. Yumşalmadan sonra təəssüf ki, xəstəliyin yayılma dinamikası və ölənlərin sayı artdı, sağlama dinamikası isə azaldı. Buna görə də şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulması təklif edildi. Bu təcrübə qardaş Türkiyədə də tədbiq olunur. Ancaq biz deyə bilmərik ki, bu sentyabr və oktyabr ayında da belə olacaq. Qərarlar mövcud vəziyyətə uyğun veriləcək. Son həftələrin dinamikası ürəkaçan deyil. Dünən hətta 325 yeni yoluxma oldu. Əgər gündə 250 yoluxma olsa, ayda 7000-dən çox yoluxma deməkdir. Təbii ki, inanıram ki, insanlarımız məsuliyyətlərini anlayıb, imkan verməz ki, karantin rejimi sərtləşdirilsin. Ancaq bu həqiqətdir ki, bu virus bizimlə bir müddət yaşayacaq. Qaldı ki, təhsil müəssisələrin dekabr ayına kimi bağlanması məsələsinə, bu barədə danışmaq hələ tezdir. Çünki 2 ay sonra nə olacağı ilə bağlı biz düzgün fikir səsləndirə bilmərik. Çünki bu virusun özünü necə aparacağı, yayılma forması bilinmir. Ona görə də bu barədə hər hansı fikir səsləndirməyə tələsməyək. Bu gün biz sosial məsuliyyətimizi anlayaq, Operativ Qərargahın tövsiyyələrə əməl edək. Yalnız bu yolla biz koronavirusun ölkəmizdə daha geniş yayılmasının qarşısını almış olarıq. Biz ikinci dalğanın pik həddini yaşamaq həddinə gəlib çatırıq. İnsanlarımız anlamalıdır ki, biz çox ciddi təhlükə ilə üzbəüzük".


OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...