AdRiver
Təhsil eksperti səhv çıxan test cavabından danışdı:

Təhsil eksperti səhv çıxan test cavabından danışdı: "Bu cür imtahanlar gərəksizdir"

Mayın 20-si IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş riyaziyyat fənni üzrə 25-ci test tapşırığının etalon cavabında dəyişiklik edilib. Dəyişikliyə əsasən, 3dc cavabı 3d cavabı ilə əvəz olunub. 

20 ildən artıqdır ki, Azərbaycanda ali məktəbə qəbul olmaq üçün test sistemindən istifadə edilir. Lakin göründüyü kimi ali məktəbə qəbul olmaq üçün keçirilən imtahanlarda bəzi problemlər hələ də qalmaqdadır. 

Təhsil eksperti Şahlar Əsgərov Sfera.az-a açıqlamasında bu cür problemlərin həlli yollarından danışıb. O bildirib ki, 2003-cü ildə də ali məktəbə qəbul üçün keçirilən imtahanlarda bu cür problemlər olub:

"2003-cü ildə də bu cür olmuşdu. O zaman ali məktəbə qəbul üçün keçirilən imtahanlarda 50-yədək abituriyentin nəticələri ləğv edilmişdi. Administrativ qiymətləndirmə sistemidir, burada hər zaman səhv ola bilər. Liberal sistemdə isə bu cür problemlər yaranmır”. 

Ş.Əsgərov ali məktəbə qəbul üçün keçirilən bu cür imtahanların gərəksizliyini vurğulayıb:
 


"Cənubi Koreyada hər 100 uşağın 96-sı ali məktəbdə oxuyur. Demək ki, orada qəbul imtahanı yoxdur.

Azərbaycanda da ali məktəbə qəbul üçün qiymətləndirməyə ümumiyyətlə ehtiyac yoxdur. Bütün məzunlar ali məktəbə daxil olmalıdır. Azərbaycanda universitetlərin səviyyəsinə görə imtahan vermədən də abituriyenti ali məktəbə qəbul ola bilər.  Hər zaman deyirəm ki, ali məktəblərə giriş qapıları geniş açılmalı, sadəcə olaraq çıxış qapıları daraldılmalıdır. Yəni, ali məktəbə nə qədər abituriyent gəlirsə, buna şərait yaradılmalı, sonda isə təhsil proqramını mənimsəyənlərə diplom verilməlidir. Yalnız xaricə oxumağa gedənlər üçün bu cür imtahanlar təşkil oluna bilər”. 
 
Nigar
Sfera.az


DİGƏR XƏBƏRLƏR


---