Tehranda qəzaya uğrayan Tükiyə təyyarəsində iş adamının qızı və rəfiqələri olub - YENİLƏNİB - FOTO - TƏFƏRRÜAT

Tehranda qəzaya uğrayan Tükiyə təyyarəsində iş adamının qızı və rəfiqələri olub - YENİLƏNİB - FOTO - TƏFƏRRÜAT
Türkiyəyə məxsus şəxsi təyyarənin İranın paytaxtı Tehranın cənubunda qəzaya uğraması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Sfera.az report.az-a istinadən bildirir ki, təyyarə "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus olub.

BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub.

Məlum olub ki, təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış.

Qəza nəticəsində sağ qalan olmayıb.

----------

20:30

İranda qəzaya uğrayan özəl təyyarə Türkiyənin "Başaran" holdinqinə məxsusdur.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Türkiyə Dənizçilik və İnformasiya Nazirliyi də İran hava sahəsində Türkiyə özəl şirkətinə məxsus təyyarənin qəzaya uğradığını təsdiq edib.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.

--------

20:12

İranın qərbində Türkiyəyə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Sfera.az Trend-ə istinadən bildirir ki, bu barədə İSNA agentliyi İran Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadla məlumart yayıb.

Daha öncə təyyarənin şəxsi olduğu bildirilib.

Məlumata əsasən, hava gəmisi Şərca - İstanbul marşrutu ilə hərəkət edirmiş. Qəza Çıxarməhəl və Bəxtiyariyyə əyalətində baş verib. Yerə çırpıldıqdan sonra təyyarənin alışdığı bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...