Təhlükəli oyun, təxribatçılara açılan qucaq və Kərimlinin konsensusu…

Təhlükəli oyun, təxribatçılara açılan qucaq və Kərimlinin konsensusu…

 

 

Nicat DAĞLAR


 

Taleh Bağırzadənin "demokratiya”, "söz azadlığı” və "azad seçki” uğrunda mübarizə apardığını idda edib, onu cəmiyyətə dünyəvi dövlət sevdalısı kimi təqdim etmək üçün ya özün dəli olmalı, ya da insanları dəli yerinə qoymalısan… Başqa bir izah tapa bilmirəm.

 

Şükür ki, Azərbaycan cəmiyyəti çörəyi qulağına yeyən adamlardan ibarət deyil və hamı yaxşı bilir ki, kim hansı yuvadan pərvaz edib… Yüz faiz əminəm ki, cəmiyyətimiz mollanı siyasi xadim kimi qəbul edəcək səviyyədə deyil! Bu ölkədə bilməyən yoxdur ki, Taleh Bağırzadə Qum havalı mücahiddir və onu bura xüsusi missiya ilə göndərib, fəaliyyətini proqramlaşdırıblar. Odur ki, dəlilik əlamətini şəriət qanunlarının əsas tutulduğu teokratik dövlət arzusu ilə alışıb-yanan bir adamı cəmiyyətə "demokratiya aşiqi” kimi sırımağa cəhd edənlərin özündə axtarmalıyıq. Keçək mətləbə.

 

Əli Kərimlinin iki gün əvvəl "Azərbacan saatı”ndakı çıxışını dinlədim. Adam Taleh Bağırzadəyə dəstəyinin səbəblərindən danışarkən ciddi cəhdlə onun "azad cəmiyyət” axtarışına çıxmış məsum siyasətçi obrazını yaratmağa çalışırdı. Xüsusi bir həvəslə iddia edirdi ki, Bağırzadə "dinindən, dilindən, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər hüquqlar tanıyan dövlət uğrunda mübarizə aparır və məhz bu kimi "ümumi maraqlar” indiki məqamda birləşdirici rol oynayır.Birincisi, Azərbaycanda heç vaxt insanlara dininə, dilinə və etnik mənsubiyyətinə görə fərq qoyulmayıb. Nə dünən belə bir mühit olub, nə də bu gün belə bir hal yaşanır. İkincisi isə söhbət o adamdan gedir ki, Azərbaycanda dini dövlət qurulmasını qarşısına vacibat kimi qoyaraq hədəfinə doğru yolda bütün vasitələrdən istifadə etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib…

 

Tale Bağırzadə o adamdır ki, Qumdan sonra dini təhsilini davam etdirdiyi Nəcəfdən qayıdan kimi ilk işi Bakıda təxribata əl atıb, polislə qarşıdurma yaratmaq oldu. 2011-ci il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilmiş aksiyanı nəzərdə tuturam. İndi Əli Kərimli deyir ki, hakimiyyətə qarşı mübarizədə Taleh Bağırzadə ilə onu birləşdirən dəyərlər var – Bilə-bilə ki, bu adamın hədəfində dövlətdir, bilə-bilə ki, "Müsəlman Birliyi Hərəkatı” üçün müəyyən edilmiş dəyərlər sistemində demokratiya və azad cəmiyyət anlayışına yaxın gələn heç nə yoxdur, ikrah doğuran soyuqqanlıqla "ümumi maraqlardan”, "birləşdirici dəyərlərdən” danışır… Deyir ki, məqsədimiz böyük bir konsensusa nail olub, "birinci mərhələdə” hakimiyyətə qarşı birgə mübarizəni təşkil etməkdir. Deməli, Əli Kərimliyə fərqi yoxdur, hətta bu xalqı qırıb bitirməyə, uşaqdan böyüyə hamını süngüdən keçirməyə hazır olan qüvvələrlə belə konsensus əldə etməyə hazırdır – təki hakimiyyət dəyişsin, sonrasına baxacaqlar… Hə, elə belə də deyir: "Sonrasına baxarıq”. Yəni sonrasının necə olacağına az əhəmiyyət daşıyan məsələ kimi yanaşır. Sonrası isə əslində dövlətin gələcəyi, xalqın taleyi deməkdir. "Gəlin hakimiyyəti dəyişək, sonrasına baxarıq” prinsipinə sığınmış bir adam daha necə izah etsin ki, ölkənin və vətəndaşın taleyi, yəni SONRASI onun üçün heç bir əhəmiyyət daşımır? Məncə bundan da açıq ifadəyə ehtiyac yoxdur. Mahiyyət tam çılpaqlığı ilə ortadadır – əsas odur ki, hakimiyyət dəyişsin.

 

Nə qədər təhlükəli bir adam!

Nə qədər təhlükəli bir oyun!


 

 

Əli Kərimlinin yanında doğrudanmı bir ağıllı adam qalmayıb ki, ona, Azərbaycanın dövlət kimi varlığını həzm edə bilməyən, onun unitarlığını özünə dərd edərək quruluşu dəyişib şəriət qanunlarını dövlət idarəçiliyinə gətirmək istəyən qüvvələrlə nəinki "birinci mərhələdə” əməkdaşlıq etmək, çiyin-çiyinə dayanıb bircə addım atmaq belə əslində ideoloji müstəvidə də eyni hədəfi bölüşmək anlamına gəldiyini izah etsin?.. Yaxud soruşsun ki, a bəy, o dediyin konsensusu niyə müxalifət partiyaları ilə yaratmaq istəmirsən? Hərəsinə bir vedrə qoşub, prosesdən kənarda saxlamağa çalışdığın halda, Qum istehsalı olan missionerlə konsensus yaratmaq istəyin hansı ehtiyacdan irəli gəlir? İsa Qəmbərə düşmən kəsilmisən, Arif Hacılının ortalıqda görünməsinə imkan vermirsən, Mirmahmud Mirəlioğlunu ümumiyyətlə saya salmırsan, İlqar Məmmədova qarşı gizli kampaniya təşkil etdirir, "satıldı” nidası ilə stasular, rəylər yazdırırsan, başqa birliklərdə, nə bilim hərəkatlarda cəm olan təşkilatlara gülür, rəhbərlərinə rişxənd edirsən, Taleh Bağırzadə bu adamlardan hansı cəhəti ilə fərqlənir ki, konsensusu məhz onunla əldə etmək istəyirsən? Soruşan yoxdur, yəqin ağıllı adamlar qalmayıb…

 

 

Nə qədər üzücü bir durum…


 

Artıq tam əminliklə demək olar ki, bunların Əlikram Hümbətova münasibəti də məhz "Gəlin hakimiyyəti dəyişək, sonrasına baxarıq” kimi ziyanlı prinsipdən qaynaqlanır. Bu separatçı tüllabın bəyanatlarını da həmin o "ümumi maraqlar”, "birləşdirici dəyərlər”dən çıxış edərək yayırlar. Yəni konsensusda Əlikram da var. Hətta Faxrəddin Abbaszadə də ordadır. Qısası, bu dövləti dağıdıb qalıqlarından barrikadalar düzəltmək istəyən kim varsa, Əli bəy hamısına qucaq açıb. Əsas odur ki, hakimiyyət dəyişsin. Sonrasını Talehlə, Əlikramla, Faxrəddinlə bir yerdə müəyyən edəcəklər…

 

Nə qədər təhlükəli bir adam!

 

Nə qədər təhlükəli bir oyun!



OXŞAR XƏBƏRLƏR

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...