Təcili yardım maşını qəzaya düşdü, xəstə öldü

Təcili yardım maşını qəzaya düşdü, xəstə öldü
 
Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 1-də Hövsan qəsəbəsində "Mercedes” markalı təcili yardım maşını ilə 1964-cü il təvəllüdlü Adil Hüseynovun idarə etdiyi "Azsamand” markalı avtomobil toqquşub. Nəticədə təcili yardım maşınında olan, insult keçirmiş xəstə, 1955-ci il təvəllüdlü Əliyev Faiq vəfat edib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, xəstənin vəziyyəti çox ağır olub. O qeyd edib ki, təcili yardım maşını böyük sürətlə hərəkətdə olub, "Azsamand” markalı avtomobillə üz-üzə gəlib, avtomobil təcili yardım maşınına çırpılıb.



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...