“Təcavüzdən sonra cinsi orqanı və ayaqları güllələnmişdi”

“Təcavüzdən sonra cinsi orqanı və ayaqları güllələnmişdi”

Müharibə zamanı Demokratik Konqo Respublikasında fəaliyyət göstərən həkim Denis Mukvege gördüyü dəhşətlərdən danışıb.

Sfera.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, həkim kəndlərə olan hücumlarda cinsi təcavüzə məruz qalanların döyüş əsnasında yaralananlardan daha çox olduğunu söyləyib: “Xəstəxanaya ilk təcavüz qurbanı o zaman gəlmişdi. Təcavüz edildikdən sonra cinsi orqanı və ayaqları güllələnmişdi. Bunun tamam bir vəhşilik olduğunu düşünürdüm. Ta ki, növbəti qurbanları görənə kimi. Əsl şoku üç ay sonra yaşadım. 45 qadın gətirmişdilər. Kəndə girən silahlı bir qrup hamının gözü qarşısında bir gecədə bu qədər qadına təcavüz etmişdi. Heç kim də bir söz deyə bilmirdi. Nə deyə bilərlər axı? Bu kimi hadisələrdə sadəcə təcavüz olunanlar yox, bu ağır səhnəni izləməyə məcbur edilənlər də yaralanmış olur”.

Həkimin sözlərindən ilhamlanan fotoqraf Patricia Willocq təcavüzə məruz qalan Konqo sakinlərinin və onların körpələrinin necə məsum olduğunu göstərmək üçün foto-layihə hazırlayıb. Fotoqraf çəkdiyi insanları qurban kimi yox, fəlakətdən sağ çıxan güclü döyüşçülər kimi təqdim etmək, qadına verilən önəmin vacibliyini vurğulamaq istədiyini bildirib. Layihədə iştirak edən insanların artıq gözlərində əvvəlki qorxudan əsər-əlamət yoxdur. Onlar yenidən həyata tutunmağın və müharibə kimi bir dəhşətdən sağ çıxmağın xoşbəxtliyini yaşayırlar.

Qeyd edək ki, Konqoda tez-tez müharibələr baş verir.


OXŞAR XƏBƏRLƏR

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...