Təbrizdə gərginlik: Soydaşlarımız ermənilərə məxsus binanın üzərinə şüar yazdı

Təbrizdə gərginlik: Soydaşlarımız ermənilərə məxsus binanın üzərinə şüar yazdı
Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfərindən sonra Təbrizdə milli mövzuda ciddi gərginlik yaşanır, buna görə polis gücləndirilmiş iş rejiminə keçib. 

Bu haqda Təbrizdəki mənbə məlumat verib.

Məlumatda bildirilir ki, ötən gecə soydaşlarımız ermənilərin idman klubu olan "Ararat”ın binası üzərinə "Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarını yazıblar. 

"Bu axşam "Traxtur” futbol klubumuzun oyunu olacaq. Bu oyunda da milli şüarlar səsləndiriləcək. Ona görə böyük gərginlik var. Polis gücləndirilmiş iş rejiminə keçib” – deyə, mənbə bildirib. Mənbə izah edir ki, bu, Paşinyanın İranda "Ararat” komandası ilə görüşərkən, Qarabağa dair erməni dilində yazılmış şüarın fonunda selfi çəkdirməsinə cavabdır.

Qeyd edək ki, Tehran rejiminin apardığı antitürk siyasəti burada yaşayan Azərbaycan Türklərinin  müqaviməti ilə üzləşməkdədir.

Ağır iqtisadi böhran ücbatından Güney Azərbaycan ərazisindən İranın başqa bölgələri xüsusi ilə Tehrana mühacirətlər davam etməkdədir. Hal-hazırda 8 milyona yaxın Güney Azərbaycan türkü öz tarixi əraziləri sərhədlərindən kənarda yaşayırlar. Onların 1 milyon nəfərdən çoxu siyasi mühacir olaraq Avropa və Amerikada, 1 milyon nəfəri İranın müxtəlif bölgələrində və xüsusi ilə İranın cənubunda, 6 milyon nəfər isə Tehran şəhərində yaşamaqdadır.

Güney Azərbaycan türklərinin yalnız 20-22 milyon nəfəri öz tarixi ərazilərində yaşayırlar. Tehran da daxil olmaqla Türklərin Güney Azərbaycan uğrunda mübarizəsi yeni mərhələyə qədəm qoyub. Bu mübarizənin iştirakçısı olan yüzlər fəal, o cümlədən Abbas Lisani həbs olunublar. 

Təbrizin "Traxtur” futbol komandası isə bu mübarizənin simvollarından birinə çevrilib.


OXŞAR XƏBƏRLƏR

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...