Təbii qazın 1700 kubmetrdən çox olan hissəsi 20 qəpikdən hesablanır? - AÇIQLAMA - VİDEO

Təbii qazın 1700 kubmetrdən çox olan hissəsi 20 qəpikdən hesablanır? - AÇIQLAMA - VİDEO

Son günlər sosial şəbəkələrdə və internet saytlarında təbii qazın illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün 20 qəpik

müəyyənləşdirilməsi ilə bağlı məlumatlar yayılıb.

Sfera.az xezerxeber-ə istinadən bildirir ki, bu kimi məlumatlar geniş yayıldığından əhali arasında ajiotaj yaranıb.

''Azəriqaz'' İstehsalat Birlyinin mətbuat katibi Ceyhun Səfərov məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, yayılan məlumatlarla bağlı ''Azəriqaz''ın ''104 və 185'' saylı qaynar xəttinə də paytaxtdan və regionlardan xeyli abonent müraciət edib. Onun dediyinə görə, yayılan məlumatlar əsassızdır.

Yalnız illik istehlak həcimi 2200 kubmetri keçən abonentlər limitdən artıq hissənin ödənişini 20 qəpikdən etməlidirlər.

Ceyhun Səfərov deyib ki, 2019-cu il ərzində Azərbaycanda 85% qaz istifadə edən abonent 2200 kubmetri keçməyib. Yəni onların qaz istifadəsi hər kubmetrə görə 10 qəpikdən hesablanıb.

''Azəriqaz'' İstehsalat Birlyi insanlara belə yalan məlumatlara inanmamağı və diqqətli olmağı tövsiyə edir.

Qeyd edək ki, ötən ilin aprelin 30-da Tarif Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib. Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...