TƏBİB-dən xalq artistinin ölümü ilə bağlı AÇIQLAMA
22:04 / 24.07.2021
1700
TƏBİB Xalq artisti Səməd Səmədovun vəfatı ilə bağlı açıqlama yayıb.
Sfera.az-ın məlumatına görə, TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub:
"Döş qəfəsi komputer tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib.
Bütün səylərə baxmayaraq, COVİD ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb".