\"TBC Kredit\" BOKT-un səhmdarının nədə ittiham edildiyi məlum olub

\
Gürcüstanın aparıcı bankı olan "TBC Bank”ın fəaliyyətində çirkli pulların yuyulması əlamətləri və digər qeyri-qanuni əməllər aşkar olunub.

Bu barədə qonşu ölkənin Baş Prokurorluğunda keçirilən brifinqdə prokuror Salome Çikobava məlumat verib. 

O deyib ki, Maliyyə Monitorinqi Xidməti ötən ilin may ayında "TBC Bank”ın müştəriləri olan fiziki və hüquqi şəxslərin, eləcə də Bankın inzibatçıların və səhmdarların fəaliyyətini tədqiq etməyə başlayıb: "Xidmət belə bir nəticəyə gəlib ki, bu fəaliyyətlərdə qeyri-leqal gəlirlərin leqallaşdırılması, çirkli pulların yuyulması və digər qeyri-qanuni hərəkətlərin əlamətləri var”.

"TBC Bank"la bağlı materiallar baxılması üçün ölkənin Milli Bankına və Baş Prokurorluğuna təqdim olunub. Milli Bank səlahiyyətləri çərçivəsində məsələni araşdırıb və qanun pozuntularına müvafiq reaksiya verib. Tənzimləyici qurum Bankı 1 milyon lari (təxminən 375 min ABŞ dolları) məbləğində cərimə edib. Maliyyə qurumuna qarşı əlavə sanksiyaların tətbiq olunub-olunmayacağı hələlik məlum deyil. Baş Prokurorluq isə ötən il avqustun 2-də qeyri-leqal gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət işinin istintaqına başlayıb.

Qeyd edək ki, "TBC Bank” Azərbaycanın maliyyə bazarında da fəaliyyət göstərir. Belə ki, "TBC Kredit” MMC bank olmayan kredit təşkilatı 100% bu bankın törəməsidir. Bir qədər əvvəl "TBC Kredit"in Azərbaycandakı "Nikoil Bank” ASC ilə birləşməsi barədə tərəflər arasında saziş imzalanmışdı.

Report.az


OXŞAR XƏBƏRLƏR

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.   Sfera.az bildirir k...