Tayvan Asiyada buna görə birinci oldu

Tayvan Asiyada buna görə birinci oldu
 

Tayvan uzun müddətdir ki, Asiyada LGBT hüquqlarını müdafiəsi üzrə lider hesab edilir

Tayvanda eynicinsli nikahlar leqallaşdırılıb. Sputnik Azərbaycan xarixi mətbuata istinadla xəbər verir ki, Tayvan parlamenti Asiyada ilk dəfə olaraq eynicinsli nikahlar barədə qanun qəbul edib.

Xatırladaq ki, 2017-ci ildə ölkənin Konstitutsiya Məhkəməsi parlamentə bu qanunu qəbul etmək üçün iki il müddət vermişdi.

Tayvan uzun müddətdir ki, Asiyada LGBT hüquqlarını müdafiəsi üzrə lider hesab edilir. Burada hər il gey-paradlar keçirilir.

2016-cı ildə hakimiyyətə gələn Tayvan prezidenti Tsay İnven qeyd etmişdi ki, onun partiyası eynicinsli nikahları dəstəkləyir. O, bu məsələ ilə bağlı müvafiq qanun hazırlanacağına söz vermişdi.

 


OXŞAR XƏBƏRLƏR