Taxıl biçinində ən yüksək nəticələr əldə edən rayonlar

Taxıl biçinində ən yüksək nəticələr əldə edən rayonlar
 

Azərbaycanda bu günədək 2768652 ton taxıl yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən daxil olan məlumata görə,  bu il ölkəmizdə 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağdaş, Beyləqan, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib.


OXŞAR XƏBƏRLƏR