Tarkanın Bakı konsertində izdiham yaşandı – VİDEO
23:02 / 23.06.2017
1017
Dünya şöhrətli türkiyəli müğənni Tarkan bu gün Dənizkənarı Milli Parkda konsert verib.
Sfera.az xəbər verir ki, konsert Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilib.
Məşhur müğənni pərəstişkarlarına yeni albomundan mahnılar təqdim edib.
Qeyd edək ki, Tarkanın bu konsert üçün 500 min dollar qonorar aldığı deyilir.
Xatırladaq ki, iyunun 24-ü dünya ulduzlarından Nikol Şerzinger və "The Black Eyed Peas” musiqi qrupu və nəhayət, iyunun 25-i musiqi dünyasında əvəzolunmaz xidmətləri olan Meraya Keri səhnəyə çıxacaqlar.