Tarkan konsertlərdən rekord məbləğ qazandı - FOTO

Tarkan konsertlərdən rekord məbləğ qazandı - FOTO

Tanınmış türkiyəli müğənni Tarkan altı ayda verdiyi konsertlərdən rekord pul qazanıb.

Sfera.az xəbər verir ki, dünyaca məşhur müğənni qızı Liya anadan olduqdan sonra konsertlərinə fasilə vermişdi.

Yenidən səhnələrə qayıdan Tarkan heç kəsin indiyə kimi qazana bilmədiyi pula sahib olub. Tarkan son altı ayda Türkiyə və Avropada verdiyi konsertlərdən 18 milyon 600 min lirə (təxminən 5,3 milyon AZN - red.) qazanıb.  

 

Eyni zamanda, Tarkanın 14 fevral "Sevgililər günü”ndə rekord qiymətə anlaşdığı bildirilir. Amma hələlik onun harada konsert verəcəyi açıqlanmayıb.

Qeyd edək ki, Tarkan Yeni il gecəsi Şimali Kiprdəki bahalı hoteldə səhnəyə çıxacaq. Tarkan iki saatlıq konsert üçün iki milyon TL (590 min manat - red.) alacaq.

Konsertdə meqastarı həyat yoldaşı Pınar Dilek Tevetoğlu və qızı Liya tək qoymayacaq. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...