Tarixi zəfərin növbəti ildönümü AzTV-nin canlı efirində - Video

Tarixi zəfərin növbəti ildönümü AzTV-nin canlı efirində - Video
Azərbaycan hərbi tarixinin şanlı səhifəsinə çevrilmiş 2016-cı ilin aprel döyüşləri üçüncü ildönümü Füzuli rayonunun Horadiz şəhərində "Aprel Zəfəri” adlı konsert proqramla qeyd edilib.

Azərbaycan Televiziyası canlı konsert proqramını Horadizdən yayımlayıb. Ana Televiziya bununla da cəmiyyətdə bir daha aprel döyüşlərinin əhəmiyyətini önə çəkib. Konsertdə çıxış edənlər vurğulayıblar ki, həmin döyüşlər düşmən üzərində böyük qələbənin başlanğıcı olmaqla bərabər, Azərbaycan Ordusunun gücünü göstərdi, şəxsi heyətin özünə inamını və döyüş ruhunu artırdı.

Şanlı qələbənin üçüncü ildönümü münasibətilə Azərbaycan Televiziyası növbəti dəfə canlı konsert proqramını Horadizdən yayımlamaqla bütün dünyaya xalqın qələbə əhval-ruhiyyəsi mesajını verdi. "Aprel Zəfəri” konsertində bu, xüsusi vurğulanıb. Ziyalıların, kənd sakinlərinin, N saylı hərbi hissənin əsgərlərinin ruh yüksəkliyi və qürurla iştirak etdiyi konsert proqramında tanınmış incəsənət ustalarının ifasında musiqilər təqdim olunub.

Xatırladaq ki, Qarabağ müharibəsində dönüş Horadiz istiqamətində başlanıb. İlk dəfə 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli istiqamətində 22 yaşayış məntəqəsi işğaldan azad edilib. 2016-cı ilin aprel döyüşləri zamanı isə Azərbaycan ordusu işğal altındakı digər torpaqlarımızın da azad olunacağına inam təlqin edən növbəti qələbə qazanıb.



OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...