Tarixə boyun əyməyən sərkərdə

Tarixə boyun əyməyən sərkərdə
Əvvəlcə bu Qacar şahzadəsinin soyağacına nəzər salaq: Fətəli şahın qırxbirinci оğlu Sеyfulla  mirzə (anası gürcü qızı Gülbədən xanım Xəzanüddövlə) 1814-cü ildə Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində anadan оlmuşdu. Ailə təlim-tərbiyəsi, təhsili almışdı.
Seyfulla mirzə Qəzvinin hakimi olmuşdu. Sonra Məlair və Tuysərkan mahallarına başçılıq etmişdi. 
Sеyfulla mirzənin törəmələri Keykavusi, Yəzdanmehr, Cahanbani, Şəhbəndəh soyadlarını daşıyırlar.
Sеyfulla mirzə öncə bir gürcü qızı ilə, sоnra Mirzə Əbdülvahab Mötəmədəddövlənin qızı ilə ailə qurmuşdu. Nəsrulla mirzə, Cahangir mirzə,  Yədulla mirzə, Cahansuz mirzə, Cahanbəxş mirzə adlı оğulları, Tacəddövlə xanım, Tacmah xanım, Fatimə xanım, Cahansultan xanım, Mahtaban xanım, Nuşafərin xanım, Rəfətəssəltənə xanım, Bulqeys xanım adlı qızları vardı.
Sеyfulla mirzənin üçüncü оğlu Cahangir mirzə Tehran şəhərində dünyaya göz açmışdı.
Cahangir mirzənin Abdulla mirzə, Əmənulla mirzə, Həbibulla mirzə adlı оğulları, Kəramətəssəltənə xanım adlı qızı vardı.
Əmənulla mirzə  Cahangir mirzə oğlu 1869-cu ildə Tehran şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Ziyaüddövlə ləqəbini daşıyırdı. Təhsilini Tehran Darülfünununun piyada qoşunlar fakültəsində tamamladıqdan sonra zabit kimi İran Kazak briqadasına daxil olmuşdur. İran Kazak briqadasının zabiti kimi hərbi xidmətə başlamışdı. (Bamdad, I, s.164)1911-ci ildə Azərbaycan əyalətinin vali müavini təyin edilmişdi.
Əmənulla mirzə Cahanbani rus, fransız və bir çox şərq dillərini bilirdi.
Əmənulla mirzə  h.q. 1301-ci (1883), 1302-ci (1884) və 1303-cü (1885) illərdə Dövlət Nəşriyyat və Tərcümə İdarələrində tərcüməçi işləmişdir. O, bu idarədə rus dili mütərcimi idi. 
Əmənulla mirzə Məşrutə inqilabının əvvəllərində Kazak Braqadasının rəisi Lyaxovun müavini təyin edilmişdi.
Əmənulla mirzə 1324-cü (1906) ildə Kazak Briqadasını tərk edərək, I Məclisə nümayəndə seçilir və 1325-ci (1907) Atabəy Əminüssultan Baş Nazir (Nəxost-vəzir) seçildikdə, Mirzə Həsən Mustofiyülmalik Hərbi nazir təyin edilir və o, Əmənulla mirzəni öz müavini təyin edir.
Əmənulla mirzə 1327-ci  (1909-cu) ildə Azərbaycan qoşununun rəisi təyin olunur. H.q.1329-cu (1911-ci) ildə Müxbirüssəltənə Azərbaycan əyalətindən istefaya getdikdən sonra həmin il Əmənulla mirzə əyalətin general-gubernatorunun müavinin təyin olunmuş və Ziyaüddövlə ləqəbini almışdır. Məlum olduğu kimi h.q. 1330-cü ilin məhərrəm ayında (1911, dekabr) ruslar Təbrizi işğal edərək, Aşura günü günah işlətmişdilər.
Onlar Siqqətülislam Hac Mirzə Əli ağanı və 8 nəfər digər Təbriz mücahidini dar ağacından asdılar, Səməd xan Sücaüddövləni isə şəhərin valisi təyin etdilər.
Bu vaxt Əmənulla mirzə ələ keçərək qətlə yetiriləcəyindən ehtiyat edib, İngiltərə səfirliyində gizlənmişdi. Onun azad edilməsi məsələsi 10 gündən sonra müzakirə olunmalı idi.
Bu zaman İngiltərə və Rusiya hökümətləri 1907-ci il müqaviləsinə əsasən İranı öz nüfuz dairələrinə bölmüşdülər və Əmənulla mirzənin məsələsi rus konsulluğunda müzakirə edilir. Lakin azad edilməsi xəbəri Təbrizə çatmamış, o, artıq intihar etmişdi. Şahzadə, Təbrizin Seyid Həmzə deyilən məkanında dəfn olunmuşdur. 
1911-ci ildə dar ağacından asılanlar, 8 nəfər bunlardır:
1.Hac Mirzə Əli Ağayı-Siqqətülislam
2.Şeyx Səlim
3.Əbülqasım Ziyaülüləma
4.Ağa Məhəmməd Qəfqayçi
5.Ağa Məhəmmədəli xan
6.Hacı xan Kərbəlayi Əli müsyo oğlu
7.Həsən Kərbəlayi Əli müsyo oğlu
8.Mirzə Sadiq xan Sadiqülmülk
Əmənulla mirzə Qacar 1911-ci ildə intihar edib.
Əmənulla mirzə İran xanım Əbdülhüseyn mirzə qızı Mülkara ilə ailə qurmuşdu. Əmənulla mirzə, Əzizulla mirzə, Puran mirzə, Tuman mirzə, Mənsur mirzə adlı oğlanları vardı.

 Ənvər Çingizoğlu


OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...