Tarix açıqlandı, dünya şoka düşəcək: Rusiyanın supersilahları - FOTO

Tarix açıqlandı, dünya şoka düşəcək: Rusiyanın supersilahları - FOTO
Rusiya prezidenti Vladimir Putin bir neçə ay əvvəl silahlanma yarışının siqnallarını verərək, dünyanın hər yerini vura biləcək qitələrarası ballistik nüvə raketi istehsal etdiklərini açıqlamışdı.

Sfera.az xəbər verir ki, adının hallanmasını istəməyən mənbənin İngiltərə mətbuatına verdiyi məlumata görə, Putinə düşmənləri üzərində böyük üstünlük qazandıracaq yeni supersonik raketlər 2020-ci ildə istifadəyə veriləcək.
 


Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, Rusiya 2006-cı ildən bəri hərbi xərclərini iki dəfə artırıb. Artan büdcə isə Rusiyaya yeni silahlar istehsal etmək imkanı verib. 

"Satana 2” -  ABŞ-ın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombasından 2000 dəfə güclüdür. 40 meqaton ağırlığında döyüş başlığı daşıyan "Satana 2” Fransa böyüklüyündə ölkəni xəritədən silə biləcək gücə malikdir. 

Rusiyanın T-14 Armata "super tank”ı NATO standartlarına çatıb. 3 nəfərlik ekipaja malik tank tam avtomatik xüsusiyyətə malikdir. Tankın avtomatlaşdırması sayəsində ekipaj sayı azaldılıb. Misal üçün, ABŞ-ın M1 Abrams tankı bu səbəbdən 4 nəfərlik ekipajdan istifadə etməyə məcburdur. 154 mm-lik topa malik tank NATO inventarındakı silahlara qarşı böyük təhdid təşkil edir. Tank malik olduğu anti-tank xüsusiyyətinə görə, Qərb ekspertləri tərəfindən ən yaxşı mühafizə olunan modellərdən biri kimi qiymətləndirilir. 

Sukhoi PAK FA (T-50) – Rusiya Hava Qüvvələrinin modern simasının nümayəndəsi. Təyyarə 9G-yə qədər manevr etmə qabiliyyətinə malikdir. Birdən çox LCD ekrana nəzarət edən pilot məlumatların kaskasının ekranında da görə bilir. Təyyarənin motoru T-50-nin Mach 2.0 sürətinə qədər uçmasına imkan yaradır.
 


Rusiya "soyuq müharibə” dövründən qalma istilik-nüvə raketlərini də yeniləyir. RS-24 Yars raketi 2015-ci ildə Qırmızı Meydanda nümayiş etdirilmişdi.
NATO-nun marağına səbəb olan digər rus silahı isə yeni nəsil sualtı qayıqlardır. "Borei” sinfinə məxsus 3 sualtı qayığı olan Rusiya 2020-ci ilə qədər bu rəqəmi 8-ə çıxarmağı planlaşdırır.

Mil Mi-28N hücum vertolyotu 2006-cı ildə istifadəyə daxil olub. Bu modelin 5-ci nəslinin bu il ərzində sınaqdan keçirilməsi gözlənilir.

"Supermen zirehi” adı ilə tanınan zireh əsgərləri yanğın və partlayışlardan qoruyur. Kostyumu geyən şəxs 30 saniyə ərzində xəsarət almadan yanğının içində qala bilər. Zirehli kostyumun 2020-ci ildə istifadəyə verilməsi gözlənilir.
 


Rusiya kosmosdakı təsir dairəsini artırmaq üçün bu sahədə nüvə enerjisindən istifadə fəaliyyətini artırıb. "İzvestiya” qəzetinin iddiasına görə, orbitdə yerləşdirilmiş nüvə reaktoruna malik bu cihaz lazer işıqları ilə ətrafındakı rus peyklərinə enerji ötürəcək. Cihazın 100 ilə 1000 kilovat arası enerji istehsal edə biləcək nüvə reaktoruna malik olması gözlənilir.

PUA-lar üzərində çalışan Rusiya silah sənayesi, insansız döyüş maşınlarını sınaqdan keçirməyə davam edir. Ukran-9 və "Vixr” adlı iki piyada döyüş maşını atəş qüvvəsini artırmağa hesablanıb.

Rusiya yüzlərlə ədəd dronun harmonik şəkildə fəaliyyət göstərməsi üçün tədqiqatlar aparır. "Nehreta” adlı yeni modelin sınaqlarında nəticə əldə olunub. Kamikadze kimi istifadə ediləcək bu model gözləntilərə cavab verib.

Rusiya keçən il "super bombardmançı” kimi tanınan yeni nəsil bombardmançı təyyarəsi Tu-160M2-i təqdim etmişdi. Təyyarənin 2021-ci ildən etibarən kütləvi istehsal olunacağı gözlənilir.
 


Rusiya baş naziri müavini Dmitri Roqozinin təqdim etdiyi robot əsgər FEDOR-un paylaşılan görüntülərində robotun qoşa silahla hədəfləri dəqiqliklə vurduğu görünür.

Rusiya yeni nəsil raket müdafiə sistemini Qazaxıstan Sarı-Şaqan bölgəsində sınaqdan keçirmişdi. Sınaqları müvəffəqiyyətlə keçən raket əleyhinə sistemin radiusu 100 km-dir. 
 
Rəsul
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Daha bir ölkədə güclü zəlzələ oldu

Kaliforniya körfəzində, Meksika sahilləri yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Zə...

Aİ Rusiyanın aktivlərindən 3 milyard gəliri Kiyevə köçürmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bütün Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi ...

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​üçün rəsmi transfer təklifi gəlib.   “Real Madrid”in &ld...

Qüds toz dumanına büründü - FOTO

Qüdsdə və ətraf ərazilərdə qum fırtınası meydana gəlib.   Sfera.az xəbər verir ki, qum fırtınası sosial həyata mənfi təsir edib.   Hə...

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.   Sfera.az-ın məlumatına görə, bunu açıqlamasınd...

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...