Dünya

Tarantino “Billi öldürmək” filminin üçüncü hissəsini çəkmək niyyətindədir

Tarantino “Billi öldürmək” filminin üçüncü hissəsini çəkmək niyyətindədir

Tanınmış Hollivud rejissoru Kventin Tarantino "Billi öldürmək” məşhur filminin davamını çəkmək niyyətində olduğunu bildirib.

"Andy Cohen Live” radio verilişində açıqlama verən rejissor yeni filmdə baş rolda əvvəllər olduği kimi Uma Turmanı gördüyünü bildirib.

 

O qeyd edib ki, Turman əla formadadır. Rejissorun fikrincə filmdəki qisasçı gəlin obrazı daha artığına layiqdir.

"Bu böyük bir iş olacaq. Əvvəlcə filmin konsepsiyası hazırlanmalıdır: çoxlu döyüşlərdən sonra gəlinin başına nələr gəldiyini aydınlaşdırmalıyıq. Bu dəfə, doğrudan da, maraqlı ola biləcək ideyalarım var”, – deyə Tarantino açıqlayıb.

O bildirib ki, filmin çəkilişinə üç ildən sonra başlamaq fikrindədir. (oxu.az) 

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031