Tapılan neftçinin qardaşı: "O, Sahibə oxşamırdı" - FOTO

Tapılan neftçinin qardaşı:  "O, Sahibə oxşamırdı" - FOTO
Yanvar ayının 29-da Xəzər dənizinin Türkmənistan sektorunda tapılan və ölkəmizə 
gətirilən cəsədin Sahib Güloğlan oğlu Şahmarova məxsus olması hələlik öz təsdiqini tapmayıb.
Sfera.az  xəbər verir ki, bu barədə anspress-ə neftçi Sahib Şahmarovun qardaşı 
Seymur Şahmarov məlumat verib. Onun sözlərinə görə, meyit ölkəmizə gətirildikdən
 sonra şəxsiyyətini dəqiqləşdirmək üçün Sahibin ailəsi morqa çağırılıb: 

"Morqda gördüyümüz cəsəd tanınmaz halda idi. Demək olar ki, yarısı yox idi. 
Həm də qardaşıma oxşamırdı. Ona görə tanımaqda çətinlik çəkdik. Bundan sonra 
məhkəmə tibbi ekspertiza təyin edildi və cəsəddən DNT analizi götürüldü. Sabah isə
 mərhumun oğlundan bənzər analiz götürüləcək. Əgər analizlərin nəticəsi üst-üstə düşsə, 
meyitin Sahibə məxusluğu təsdiqlənəcək və onu morqdan götürüb dəfn edəcəyik".

Yanğınla əlaqədar yaradılan qərargahdan da Seymur Şahmarovun dediklərini təsdiq 
etdilər və bildirdilər ki, tibbi ekspertizanın cavabı yaxın iki həftə ərzində hazır olacaq 
və ondan sonra meyitin şəxsiyyəti dəqiq bilinəcək. 

Yanvarın 29-da Xəzərin Türkmənistan sektorundan kişi meyiti aşkarlanıb. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, bu, "Günəşli" yatağındakı 10 
saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu 
Şahmarovun meyitidir. 

Onun Qarabağ müharibəsinin iştirakçısı olduğu bildirilir. 

43 yaşlı Sahib Şahmarov Laçın, Füzuli, Şuşa və Ağdamda döyüşlərdə iştirak edib. 
Qarabağ döyüşlərində Sahib güllə yarası alıb. Sağaldıqdan sonra Şahmarov yenidən
 cəbhəyə yollanıb və bir neçə dəfə mükafatlandırılıb. 

Onun iki uşağı qalıb: 11 yaşlı Məhəmməd və 10 yaşlı Məsumə. 


Sahib Şahmarovun övladları - Məhəmməd və Məsumə

Ötən gün axşam saatlarında FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi ilə tapılmış meyitin
 tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana yol düşən istintaq qrupu 
cəsədi ölkəmizə gətirib.

4 dekabr 2015-ci il tarixində "Günəşli" yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə
 baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə
 olan vəziyyətə əsasən 33 nəfər xilas olub, 11 nəfər həlak olub və 19 nəfər itkin düşüb.

Eyni zamanda, həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın 
Nəqliyyat İdarəsinin 3 nəfər işçisi itkin düşüb. "Günəşli" yatağından təxliyyə edilmiş 
işçilərə lazımi tibbi yardım göstərilib, bir nəfər isə Ələkbərov Bəxtiyar Söhrab oğlu yanıq
 xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.

Hazırda axtarışları davam etdirilən şəxslər bunlardır:

1 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
2 Rzaxanov Edik Rivazin o. 15.01.1983
3 Babazadə Tural Fətəli o. 01.09.1993
4 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
5 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
6 Abdullayev Adil Ələkbər o. 19,02,1953
7 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
8 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
9 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
10 Niyazov Seyfəddin Abil o. 09.02.1968
11 İskəndərov İnqilab Osman o. 29.11.1957
12 Mayborda Oleq Akimoviç 21.11.1971
13 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
14 İbrahimov Xalid Bəşir o. 12.08.1971
15 Həsənov Zaur Vahid o. 24.12.1975
16 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
17 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
18 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
19 Xəlilov Zaur Arif o. 15.09.1975
20 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
21 Əliyev Əyyub Xəlil o. 22.07.1973

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...