Tanklarımız Talış səmtində düşməni vahiməyə saldı

Tanklarımız Talış səmtində düşməni vahiməyə saldı

Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimləri, müxtəlif manevrləri düşməni ciddi şəkildə narahat edir.

Elə erməni tərəfin yaydığı son məlumat da bunu təsdiqləyib.

Məlumatda deyilir ki, mayın 10-da saat 13.30 radələrində cəbhənin şimal istiqamətində Azərbaycan ordusuna məxsus hərbi texnikanın tankların hərəkətliliyi müşahidə olunub. Ermənistan tərəf Tapqaraqoyunlu-Talış istiqamətində 10 tankın hərəkətə keçdiyini iddia edib.

Bildirilir ki, yalnız bir saat 25 dəqiqədən sonra, saat 14.55-də tanklar əvvəlki mövqelərinə qayıdıblar. Düşmən iddia edir ki, Azərbaycan tanklarının manevrlərinin qarşılığında Ermənistan ordusu "cavab tədbirləri görməkdən” yayınıb. Hazırda həmin mövqelərdə sakitliyin olduğu vurğulanır. Erməni işğalçılarının nə dərəcədə həyasız olduğunu elə bu informasiya bir daha təsdiqləyir. İşğal altındakı Azərbaycan ərazilərində yerləşən düşmən öz ərazisində hansısa mövqe yerdəşimələri həyata keçirən Azərbaycanı günahlandırmağa çalışır. (musavat)

Sfera.az


OXŞAR XƏBƏRLƏR