Tanınmışların qayda pozuntuları - ŞOK CƏRİMƏ VƏ BALLAR

Tanınmışların qayda pozuntuları - ŞOK CƏRİMƏ VƏ BALLAR
İncəsənət nümayəndələri arasında etibarnəməsiz maşın sürənlər, qırmızı işıqdan keçib sürət həddini aşanlar çoxdur.

Avtosfer.az saytı Azərbaycanın şou-biznes nümayəndələrinin və tanınmış incəsənət adamlarının yol-hərəkəti qaydalarını pozması nəticəsində ortaya çıxan nəticələri araşdırıb. Uzun araşdırmalardan sonra 50-dən artıq sənətçinin yüksək məbləğdə cərimə və balları, avtomobili sənədsiz idarə etməsi, cərimə ballarının 20-dən çox olması, cərimələri ödəmədikləri üçün avtomobilə həbs qoyulması kimi hallar ortaya çıxıb. O da məlum olub ki, şou-biznes nümayəndələri nəinki cərimələri ödəmir, hətta, avtomobilində həbs ola-ola rahat şəkildə sükan arxasına keçirlər.
Siyahıya nəzər saldıqda məlum olur ki, sənətçilərdən bir neçəsinin cərimə balları 20-ni keçdiyi üçün sürücülük hüququ məhdudlaşdırılmalıdır.
Bahalı avtomobilləri, dəbdəbəli həyat tərzi ilə gündəmdən düşməyən bu adamlar görəsən dövlətə ödəməli olduqları cərimələri niyə unudurlar? Onlar özlərini kimdən artıq tuturlar?
Yeri gəlmişkən, bir müddət əvvəl Vergilər Nazirliyi vergidən yayınan şou-biznes nümayəndələri və incəsənət xamidlərinə qarşı sərt addımlar ataraq onları vergidən yayındıqları üçün küllü miqdarda cərimə etmişdi. Görünür, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi də bu cür sərt addımlar atmalıdır ki, onlar cərimələri vaxtında ödəyib qaydalara əməl etsinlər. 
Avtosfer.az yol-hərəkəti qaydalarını pozub cərimələri ödəməyən sənətçilərin bir qisminin siyahısını təqdim edir:
1 - Vasif Məhərrəmli – 10 VM 500 - 31 MMX-sı var. Cərimə balları üst-üstə 20 balı keçir. Ödənilməyən cərimələrinin məbləği 940 manat təşkil edir. 
2 - Faiq Ağayev – «Audi-Q7» - 10 FA- 222 - 8 MMX-sı var. 250 manat – 8 bal
3 - Ayaz Qasımov - 10 EA 011. Əvvəl «Range Rover»də olan nömrə hazırda «Mercedes C slass»dadır. 113 MMX-sı var. Cəriməsi 6500 manatı keçir. Əksəriyyəti sürət həddinin aşılması və svetoforun qırmızı işığından keçməkdir.
4 - Manaf Ağayev - 10 LZ 799 və 10 BU 100. 37 MMX-sı var. 930 manat – 20 balı ötüb.
5 - Məşqçi Kamil Zeynalov – 99 FP 999 «Cadellac» - avtomobilin 1 həbsi, 14 MMX protokolu var. Cəriməsi 480 manat, 15 bal.
6 - İlahə İbadova – «Dodge Durango» - 90 NM 007, Avtomobilə 4 dəfə həbs qoyulub. 3 MMX, 30 manat.
7 - Ədalət Şükürov – 10 HP 100, 10 PB 002. «Lexus» - 4 MMX – 80 manat, 2 bal.
8 - Meyxanaçı Pərviz Bülbülə – «Toyota» - 10 KC 011 – 58 MMX-sı var. Cərimə məbləği 1600 manatı keçib. Cərimə balları isə 40-a çatır. Pərviz bu avtomobili etibarnamə olmadan idarə edir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

  Degenerativ sinir xəstəlikləri ciddi və ya həyati təhlükə yarada biləcək xətəliklərdir. Bu xəstəliklər balans, hərəkət, nitq, tənəffüs və ürək fu...

"Rusiya, Azərbaycan, Türkiyə və İran Qərbə qarşı birləşməlidir" - Korotçenko

"Ermənistanın Qərbin təsir platformasına çevrilməməsi üçün Cənubi Qafqaz ölkələri birgə məsləhətləşmə formatı yaratmalıdırlar". Sfera.az xəbər ve...

Qazimiz Türkiyədə faciəvi şəkildə ÖLDÜ - FOTO

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, əmisi il...