Tanınmış türk aktyoru dünyasını dəyişdi
10:33 / 08.02.2019
2686
Türkiyənin tanınmış aktyoru Yalçın Menteş vəfat edib.
Sfera.az bildirir ki, sənətçi 59 yaşında dünyasını dəyişib.
Y.Menteş uzun müddətdir şəkər və xərçəng xəstəliyindən əziyyət çəkirdi. Şəkər xəstəliyinə görə 2013-cü ildə aktyorun bir ayağı ambutasiya olunmuşdu.
Y.Menteş 13 gündür Göztepe Özel Çağıner Xəstəxanasının Reanimasiya şöbəsində müalicə olunurdu. O, xəstəxanda dünyasını dəyişib.
Qeyd edək ki, Y.Menteş 1960-cı ildə İzmirdə anadan olub. O, "Tatlı Kaçıklar" serialındakı rolu ilə tanınıb.