Tanınmış şairin bacısı oğlu silahla öldürüldü
16:05 / 06.05.2019
2764
Tanınmış şair Salam Sarvanın bacısı oğlu Abşeron rayonunda öldürülüb.
Sfera.az xəbər verir ki, bu barədə S.Sarvan özü təsdiqləyib. O bildirib ki, hadisə mayın 6-da baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Mikayıl Mehman oğlu Qənbərov odlu silahla öldürülüb. Hüquq-mühafizə orqanlarından "Report”a bildirilib ki, hadisə ilə bağlı rəsmi məlumat yayılacaq.
Təfərrüatla bağlı məlumat yoxdur.