Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”

Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış nəğməkar-şair Cəlal Qurbanov, bu gün dünyasını dəyişən əmisi SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Milli İdman Növləri Asosasiyasının prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, "Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovdan yazıb:

"Zalım həyat! Qəddar tale! Heç açılmayacaq, acımasız sirr kimisən! Zalımsan, bilirsən niyə? Gerçək üzünü yalnız acımadan vurduğun zərbələrlə göstərirsən. Qəddarsan, bilirsən niyə? Ən sevdiklərimizi, ən doğmalarımızı zorla, haqsız və vaxtsız qoparırsan bizdən! Bu gün mənidəmi öz qarşında yenik etdin?
 
Nəslimizin ən sevimlisi, başımızın tacı, gözümüzün nuru, təpərimiz, dayağımız, pilə qəlbli əmimizi aldın əlimizdən. Xanlar əmim... Yoxsan artıq! Amma əmin ol, bu gün aşağı əyilən başımı ölümün yox, baş tacımın önündə əyirəm!. Sənin önündə əyilirəm Xanlar əmim. Sən qarşısında həqiqətən də baş əyiləsi, böyük adam, gözəl kişi idin! Utanmadan hönkürürəm, içim misqal-misqal didilir bu gün. Sağalacağın günə məndən öncə nəvən, oğlum Əli qurban demişdi.
 
Özün qurban getdin haqsız, zamansız ölümə. İndi oğluma - baban artıq yoxdu sözlərini necə deyəcəyimi həqiqətən bilmirəm. Övladlarımın əziz babası... Hələ qardaşın, həm sima həm də ruh əkizi qardaşın – atam, Cavanşirin halını təsəvvür edə bilməzsən... Sanki ruhu səninlə birlikdədi, havadadı. Sanki sənin son nəfəsdə ehtiyacın olan havasızlıqdadı indi... Kimə nə deyim, kimə üsyan edim ??? Əlacım olsa ölümün özünü öldürərdim! Amma gücüm ancaq göz yaşlarıma çatır! Bunu da demədən keçə bilməyəcəm. Artıq neçə gündür ki, Yeni Klinikaya yerləşdirmişdik Xanlar əmimi.
 
Klinikada əmimin müalicəsilə məşğul olan Kəmalə Namazovaya hər zaman təşəkkür borclu olacam. Günlərdir özü xəstə olduğu halda əmimin yanından çəkilmədi. Onu normal vəziyyətə qaytarmaq üçün əlindən gələni etdi və buna da nail oldu. Kəmalə Namazovaya sonsuzadək minnətdar olacam. Peşəsinin öhdəsindən vicdanla gələn Kəmalə xanıma telefonda danışarkən "əllərinizdən öpəcəm ” dedim! Sizə minnətdaram və əllərinizdən öpürəm Kəmalə xanım! Tibb bacıları Sevinc xanıma, Aida xanıma, Lalə xanıma və digər tibb bacılarına əziyyətinizi əmimə halal edin deyirəm... O cümlədən başda ürək-damar cərrahı Rəşad Mahmudov başda olmaqla digər həkim heyətinə də çox sağ olun deyirəm.
 
Kəmalə xanımın nəzarəti altında onların hamısı bütün güclərini səfərbər etmişdilər əmimi sağlamlığına qovuşdurmuq üçün. Onlar yaxşı bilirdilər ki, xəstələri sadə bir azərbaycanlı olmaqla bahəm həm də bu xalq üçün dəyərli xidmətləri olan bir ziyalıdı. SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Milli İdman Növləri Asosasiyasının prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, "Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanov... Bütün titulları adına yaraşan insan idi Xanlar əmim. Xəstə olduğu müddətdə əmim Xanlar Qurbanovun hər zaman yaxın çevrəsində olan bütün dostlarına – sadə insanlara, o cümlədən Nazir və Millət vəkillərinə bu neçə gündə Əmimlə bağlı çəkdikləri əziyyəti halal etmələrini istəyirəm. Tanrı hər birinizin əzizlərini qorusun!
Əslində hər birimiz inanırdıq ki, əmim sağalacaq.
 
Ancaq nə təəssüf ki, bu gün səhərə yaxın xırda bir narahatlıq ucbatından növbətçi həkimin təcrübəsizliyi səbəbindən, bizə- doğmalarına, yaxınlarına xəbərdarlıq etmədən onu intubasiya etməklə sizin də əməyinizi yerə vurdu! Bir nəfərin qeyri-peşəkar yanaşması hamımızı peşiman və məyus etdi... Bu da taleyin son acı zərbəsi... Ruhun şad olsun, görüşənədək əziz əmim...”.

OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...