Sağlıq

Tanınmış oftalmoloq gündəm suallarına aydınlıq gətirdi

Tanınmış oftalmoloq gündəm suallarına aydınlıq gətirdi
Tanınmış oftalmoloq, Dr. Rəhimə Poluxova son zamanlar göz xəstəlikləri ilə bağlı uşaqların valdeyinlərinə ən çox ünvanladığı sualları cavablandırıb.
 
Sfera.az xanın Poluxovanın cavablarını təqdim edir:

1. Eynəyi daimi taxmalıyam ya sadəcə uzağa baxanda taxım?

- 40 yaşa kimi təyin olunan eynəklər daimi sayılır

2. Kompyuterdə işləyirəm qoruyucu eynək istifadə edə bilərəm?

- Hazırda istehsal olunan kompyuterlərin ekranları qoruyucu təbəqəli olur, hər 20 dəqiqədən bir fasilə edin

3. Nəyə görə məndən yaşca böyük tanıdıqlarım yaxına eynək taxmırlar?

- 40 yaşdan sonra hər kəsdə yaxına görmə zəifləməyə başlayır, uzaq görməsində zəiflik varsa bu cür insanlarda yaxına görmə daha gec zəifləyir, bəzən isə bəzi göz xəstəliklərində müvəqqəti olaraq yaxına görmə yaxşılaşır.

4. Başqasının eynəyini taxdım gözüm zəiflədi

- Yalnış eynək gözlərdə  yorğunluq baş ağrısı yarada bilər
 
5. Eynək nömrəmi az yazın gözüm öyrəşməsin

- Hər kəs gözünə ən uyğun nömrə eynək taxmalıdır nömrənin yüksək olması pasientləri narahat etməməlidir.

6.Müalicə edin eynək taxmayım

- Eynək ehtiyacı xəstəlik deyil refraksion qüsurdur və müalicə deyil korreksiya olunmalıdır. Korreksiyanın 3 növü vardır eynək, kontakt linza və excimer lazer əməliyyatı.

7. Eynəyi gün ərzində neçə saat taxmalıyam?

Daimi təyin olunan eynəklər uşaqlarda səhər taxılıb yatanda çıxarılmalıdır. Böyüklərdə isə ehtiyac duyduğunda taxıla bilər.

8.Eynəyimi davamlı taxmadım ona görə görməm zəiflədi

Eynək taxılsa da, taxılmasa da, zəifləməyə meyilliliyi olan insanlarda zəifləmə davam edəcəkdir.

9.Eynək taxdıqdan sonra eynəyi çıxardanda gözümün daha da zəiflədiyini hiss edirəm

Yenicə enək taxan insanlarda beyin yaxşı görüntüyə öyrəşir və eynəyi çıxardan kimi görmənin zəiflədiyini hiss edir, əslində əvvəlki görmə olduğu kimi qalır. Eynək korreksiyadır taxdıqda yaxşı görmə olur çıxardığınız zaman əvvəlki görmə qayıdır.

10. Uşağımda getdikcə eynək nömrəsi artır necə edək nömrələr dayansın?

- Bəzi eynək nömrələri (Miopiya) uşaq böyüdükcə boyu necə artırsa göz ölçüləridə artır və təxminən 18-20 yaşlarda dayanır.

11. Uşağa eynək təyin olunub neçə yaşına kimi eynək taxmalıdır, eynək taxdıqdan sonra zəif görmə düzələcəkmi ?
 
- Eynək ehtiyacı davam etdiyi müddətcə eynək taxılmalıdır, eynəyi taxdıqda görmə düzələcək eynəyi çıxardıqda isə
 
12. Mümkünsə əməliyyat edin uşaq eynək taxmasın
   
- 18 yaşa kimi excimer lazer əməliyyatı məsləhət görülmür
 
 
 
 
 
 
 
 


 
AdRiver

XƏBƏR LENTİ