Maqazİn

Tanınmış müğənninin evinə oğru girdi - 500 min pulunu, qızıllarını və maşınının açarını oğurladılar

Tanınmış müğənninin evinə oğru girdi - 500 min pulunu, qızıllarını və maşınının açarını oğurladılar
Tanınmış müğənni Hülya Avşarın evini talayıblar.
 
Sfera.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu gün səhər radələrində müğənninin evinə oğru girib. Yataq otağında yatarkən oğrunun səsinə ayılan müğənni oğrunun üzərinə hücum etsə də, taladıqlarını geri ala bilməyib. 

H.Avşar oğrunun 500 min türk lirəsi dəyərində pulu, evdəki qızılları, onun şəxsiyyət vəsiqəsini, kredit kartlarını və avtomobilinin açarını oğurladığını bildirib. Polislər isə kameralara tuş gələn oğrunun uzun müddətdir ki, axtarışda olduğunu qeyd ediblər. 

Camal
Sfera.az
 

AdRiver

XƏBƏR LENTİ