Tanınmış bloqer çeçenlərlə azərbaycanlıların davasında iştiraka görə saxlanılıb — FOTO

Tanınmış bloqer çeçenlərlə azərbaycanlıların davasında iştiraka görə saxlanılıb — FOTO
Tanınmış instagram bloqeri Əlibəy Mirzəxanov Moskvanın cənub-şərqində, "Neolit" kafesində baş vermiş məlum davada iştirak etməsi şübhəsi ilə saxlanılıb.
 

Sfera.az "Ölkə.Az"-a istinadla xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.

"Əlibəy Mirzəxanov bazar günü səhər saatlarında Moskvanın Filevski bulvarındakı mənzilində axtarış aparıldıqdan sonra saxlanılıb", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, bloqerin evində axtarış "Moskva polisinin Cinayət-Axtarış şöbəsi əməkdaşlarının 1994-cü il təvəllüdlü Əlibəy Mirzəxanovun 14 fevralda "Neolit" ​​kafesində baş verən cinayətdə iştirakçı olması" məlumatına əsasən həyata keçirilib və Mirzəxanov saxlanılıb.
Qeyd edək ki, adıçəkilən kafedəki dava fevralın 14-də baş verib. Münaqişə nəticəsində bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Polis hadisədə iştirak şübhəsiylə 20-dən çox şəxsi nəzarətə götürüb. Saxlanılanların çoxu Moskvaya Şimali Qafqazdan gedib.

Onu da bildirək ki, Əlibəy Mirzəxanovun İnstaqramda 100 mindən çox abunəçisi var.
 


OXŞAR XƏBƏRLƏR