Xanım İsmayılqızı Zəhraya şeir həsr etdi

Xanım İsmayılqızı Zəhraya  şeir həsr etdi
Şairə, mahnı bəstəcisi Xanım İsmayılqızı iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni vəhşiliyinin qurbanı olan 2 yaşlı Zəhraya şeir həsr edib.
 
Sfera.az xəbər verir ki, Xanım İsmayılqızı yazdığı şeiri sosial şəbəkələin birində paylaşıb.
 
Həmin şeiri təqdim edirik:
 

Zəhranın səsinə...

Səslərin arasında bir körpə səsi uçur,
Harayında ağrılar, ümid nəfəsi uçur.

Qulaqları batırır güllədən keçən ömür,
Bu gözlərin yaşını içinə içən ömür.

Burda səsi kəsildi, gedib dünyaya çatdı,
Adamlıqdan çıxanlar yenə günaha batdı.

Son damlaya çevrildi, səbirləri daşırdı,
Ona da bu torpaqda yaşamaq yaraşırdı.

Neçə-neçə körpənin batırılan səsidi,
Bəlkə oyatmaq üçün dünyaya gəlməsidi.

Ölümüylə hamını ayaq üstə qaldırdı,
İntiqamın marşını ürəklərdə çaldırdı.

Bütün Zəhra ürəkli körpələr susdu sanki,
Vəhşiliyin üzünə ürək qan qusdu sanki.

Bəlkə də haqsızlığı susdurmağa gəlmişdi,
Bu vətənə adını yazdırmağa gəlmişdi.

Balaca mələyimiz, qanın yerdə qalmasın,
Qanlar damarda coşsun, qanlar gözə dolmasın.

Yazılan qanunları indi pozmaq vaxtıdı,
Hər körpənin səsindən bayraq asmaq vaxtıdı.

Səslərin arasında bir körpə səsi uçur,
Harayında - irəli, üsyan - kəlməsi uçur.

 
Azər Salam
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Fonddan Sfera.az...

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...