Tanınmış Aparıcı: “Könül Xasıyeva bunların ümidinə qalmamalıdır” – VİDEO

Tanınmış Aparıcı: “Könül Xasıyeva bunların ümidinə qalmamalıdır” – VİDEO
Sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın doğum günü məclisində Xalq artisti Könül Xasıyevaya "şabaş” verməsi etiraza səbəb olub. 
 

Etiraz dalğasına məşhur teleaparıcı və səyyah Azər Qərib də qoşulub.

O,  "Facebook” hesabında xoşagəlməz görüntüləri tənqid edən post paylaşıb. 

"İnsanlar var ki, xeyriyyəçiliyə milyonlar xərcləyirlər. Bir şərtlə ki, adları heç yerdə qeyd olunmasın, "inkoqnito” qaydasında. Bunlar isə… Özlərini kişi adlandıranlar da var orada, özünü xanım adlandıran da. Azərbaycanın muğam sənətinin parlaq nümayəndələrindən olan Könül Xasıyevanı belə alçaltmaq?!

Bu video cəmiyətimizin ümumi mədəni səviyyəsini nümayiş etdirir.

Səviyyəsizlərin səviyyə formalaşdırmaq cəhdləri… Könül Xasıyeva bunların ümidinə qalmamalıdır…”


Qeyd edək ki, bu həftə Mətanət Əsədova özünə dəbdəbəli ad günü məclisi təşkil edib. Bir çox sənətçilərin yer aldığı gecəyə Xalq artisti Könül Xasıyeva da qatılıb. Mahnı oxuyan xanəndəyə qonaqlar "şabaş” verib. Kimi Xasıyevaya 100 dollar, kimi isə 100-200 manat bağışlayıb. Videoda pulları ovcunda saxlayan Könül Xasıyevanın kövrəldiyi və utandığı aydın sezilib. O, bütün bunlara rəğmən, ifasını davam etdirib.


oxu.az


OXŞAR XƏBƏRLƏR

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...